Icma.az
close
up
RU
“Turan Tovuz”un kapitanı: “Hər kəs əlini daşın altına qoymalıdır”

“Turan Tovuz”un kapitanı: “Hər kəs əlini daşın altına qoymalıdır”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ötən tur səfərdə “Səbail”lə ağır görüş keçirdik. Premyer Liqa elədir ki, bütün komandalar bir-birindən xal ala bilir. Sonuncu yerdə gedən komandanın liderdən xal qazanmasının şahidi də olmuşuq”.

Bu sözləri apasport.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib. 

“Turan Tovuz”un kapitanı növbəti turla bağlı fikirlərini bildirib: “Sabah”la doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Buna baxmayaraq, çox ağır matç olacaq. Rəqibimiz ölkə çempionatının ən güclü komandalarından biridir. Hətta deyərdim ki, hücum xəttinə görə ən güclüsüdür. Müdafiədə də etibarlı oynayırlar. Həm avrokubokda, həm də Premyer Liqada çox yaxşı çıxış etdilər. Çətin olacaq, lakin uğurlu nəticə qazanmağa çalışacağıq”.

Təcrübəli futbolçu komandanın ümumi durumunu dəyərləndirib: “Milli fasilədə həm zədəlilərimiz geri döndü, həm də oyun formasını bərpa etdik. Analizlərimizi də yenidən nəzərdən keçirdik. Hər keçən gün daha güclü olmağı hədəfləyirik. Artıq Yunis Hüseynov da komandamıza qoşulub, öz təcrübəsini futbolçulara ötürməyə çalışır. Hamı birlikdə çalışır”.  

Əliyev kuboku çempionata qurban verməyəcəklərini bildirib: “Həm çempionatda, həm də kubokda oynamaq üçün geniş heyətin olmalıdır. Düşünmürəm ki, biz hansınısa qurban verək. Məqsədimiz hər iki turnirdə uğur qazanmaqdır. Sona qədər mübarizə aparacağıq”. 

O, Azərbaycan yığmasının durumu barədə də danışıb: “Millinin məğlubiyyəti hər birimizə təsir edir. Heç birimiz istəməzdik ki, D Liqasına düşək. Estoniyaya səfərdə məğlub olmuşduq. Lakin düşünmürəm ki, pis oynamışdıq. Sadəcə şanslarımızdan istifadə edə bilməmişdik. Eynilə də evdəki oyunda rəqibdən çox üstün idik. Yığmada oynasaq da, oynamasaq da hər birimiz məyusuq. Bu vəziyyətdən çıxmaq lazımdır. Bunun üçün də hər kəs əlini daşın altına qoymalıdır. Futbolumuzun daha yaxşı yerlərə gəlməsi üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, “Turan Tovuz” Misli Premyer Liqasının XIV turunda “Sabah”la qarşılaşacaq. Görüş noyabrın 14-də Tovuz şəhər stadionunda baş tutacaq.

İsmayıl Xeyrullayev
 

I Liqa: IX turun oyun cədvəli Vadim Abdullayev: "2-ci pillə də pis nəticə deyil" "Neftçi"nin 6 futbolçusu məşqi buraxdı Yüksək Liqa: IV turun təyinatları müəyyənləşib “Qəbələ” rəqibini meydana çıxmağa peşman etdi - 20:0!
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri