Turan Tovuzun kapitanı:Rəqiblərimizdən aralanmaq istəyirdik
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qələbə qazanıb rəqiblərimizdən aralanmaq istəyirdik. "Sabah" avrokuboklarda çıxış etmiş komandadı. Heyətində güclü futbolçular var. Bəlkə indiki durumda enişdədirlər. Amma zamanla öz oyunlarını düzəldib yuxarı pillələr üçün oynayacaqlar".
Bunu Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının XIV turunda "Sabah"a qarşı keçirdikləri oyundan sonra deyib.
Təcrübəli müdafiəçi komandasının bu mövsüm üçün hədəfləri və növbəti turda qarşılacaqları "Araz Naxçıvan"la oyun barəsində danışıb:
"Hər oyunda meydanı xalsız tərk etməmək üçün çalışırıq. Avrokubok uğrunda mübarizədə güclü komandalar var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. "Araz Naxçıvan" son dönəmdə yüksəlişdədir. Çempionatda bir oyun uduzublar. Klubun hədəfi var. Rəqibi düzgün analiz etməyə çalışacayıq. Ağır oyun bizi gözləyir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 27 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















