Icma.az
close
up
RU
TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Icma.az, Azpost saytına istinadən bildirir.

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Belə ki, Bank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə yerli valyutada yeni kredit sazişi imzalayıb.

Sazişə əsasən, BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu TuranBank-a 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək, dayanıqlı iqtisadi artımı təmin edərək iqtisadiyyatın inklüziv şəkildə inkişafına töhfə verəcək.

BlueOrchard Mikromaliyyələşdirmə Fondunun Baş Kredit İnzibatçısı Normunds Mizis bildirib: “TuranBank Kiçik və Orta Biznesin  maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biridir və Bank ilə tərəfdaşlığımızı daha da genişləndirməkdən və Azərbaycanın iqtisadi rifahına birgə töhfə verməkdən məmnunluq duyuruq”.

“TuranBank olaraq iqtisadiyyatın real sektorunun dəstəklənməsi və sahibkarlıq mühitinin inkişafına töhfə verilməsi bizim uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biridir. Bu saziş, Bankın beynəlxalq maliyyə institutları ilə etibarlı tərəfdaşlıq əlaqələrinin genişlənməsinin və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dayanıqlı dəstəyin təmin olunmasının göstəricisidir. BlueOrchard kimi nüfuzlu investisiya institutu  ilə qurulan bu əməkdaşlıq, eyni zamanda, Bankın beynəlxalq maliyyə sektorunda etibarının bariz nümunəsidir” – deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.

Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

TuranBank

Bizimlə etibarlıdır…

 

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 İyul 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri