TuranBank beynəlxalq mükafata layiq görüldü
Icma.az bildirir, Axar.az portalına istinadən.
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “12-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2026” ( 12th Trade and Supply Chain Finance Program Awards 2026) çərçivəsində “Azərbaycanda aparıcı tərəfdaş bank” (Leading Partner Bank in Azerbaijan) nominasiyasının qalibi elan edilib.
Mükafat 8 sentyabr 2026-cı il tarixində Sinqapurda keçirilən regional tərəfdaş bankları təmsil edən 200-dən çox nümayəndənin də iştirak etdiyi rəsmi tədbir zamanı təqdim olunub.
Qeyd edək ki, sözügedən mükafat TuranBank ASC-yə ölkədə kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi, beynəlxalq ticarət əməliyyatlarının dəstəklənməsi və dayanıqlı inkişaf layihələrinin uğurlu icrası istiqamətində nümayiş etdirdiyi yüksək fəaliyyət göstəriciləri və innovativ yanaşmalarının hərtərəfli təhlili və qiymətləndirilməsi nəticəsində təqdim olunub. Bu nailiyyət bankın şəffaf idarəetmə prinsiplərinin, maliyyə sabitliyinin və beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqların bariz nümunəsidir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 14 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















