Icma.az
close
up
RU
“TuranBank”la ICD arasında saziş imzalandı 15 milyon dollar

“TuranBank”la ICD arasında saziş imzalandı 15 milyon dollar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan “TuranBank”la İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb.

Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab olunur.

Qeyd edək ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icra edən dr. Xalid Xələfallah və “TuranBank”ın İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.

Məlumat üçün qeyd edək ki, “TuranBank” ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasında imzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurum arasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldar tərəfdaşlığın göstəricisidir. 

“TuranBank” haqqında

“TuranBank” ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən “TuranBank” 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.

Ətraflı məlumat üçün: www.turanbank.az

ICD haqqında

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək və İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir. ICD aşağıdakı beynəlxalq reytinqlərə malikdir:

Moody’s – A2, S&P – A-, Fitch – A+.
Əlaqə üçün:
Nabil El-Alami, Kommunikasiya və Korporativ Marketinq Departamentinin rəhbəri
E-poçt: [email protected]
Vebsayt: www.icd-ps.org

TuranBank

Bizimlə etibarlıdır…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri