“Turan”la Avropada tarix yazmaq istəyirik” Ziya Rəcəbovdan ə AÇIQLAMA
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Turan” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov Çempionlar Liqasında uğur qazanmaq niyyətində olduqlarını bildirib.
İdman.Biz-in suallarını cavablandıran mütəxəssis heyətdəki dəyişikliklərdən danışarkən bunun sadəcə ölkə çempionatı üçün nəzərdə tutulmadığını deyib.
“Keçən ilki komanda sırf Azərbaycan çempionatı üçün yığılmışdı. Baxmayaraq ki, 2-3 klub həm büdcə, həm də oyunçu cəhhətdən bizdən öndə idilər. Amma buna baxmayaraq çempionluğu qazandıq. Keçən ilki heyətdən cəmi dörd nəfər qalıb – ikisi yerli, ikisi əcnəbi oyunçular. Heyətə 11 yeni oyunçu əlavə olunub. Azərbaycan çempionatının səviyyəsini aşağı qiymətləndirmək istəmirəm. Ancaq bu heyət sırf Çempionlar Liqasında mübarizə üçün qurulub. Çünki avroliqda çıxış edən komandaların səviyyəsi fərqlidir. Əsas məqsədimiz qrupa düşməkdir. İnşallah ki, öhdəsindən gələcəyik”, - deyə Rəcəbov vurğulayıb.
Baş məşqçi klub rəhbərliyindən qarşılarına qoyulan məqsədin qrup mərhələsinə düşmək olduğunu söylədi və bunun üçün heyətdə kifayət qədər təcrübəli voleybolçuların olduğunu bildirdi:
“Qruplar artıq məlumdur. Türkiyə, İtaliya və Serbiya klubları var. Çox güclü klublardır. Nə qədər irəli getsək, bir o qədər bizim üçün təcrübə olacaq. Çünki bu mərhələdə uduzmağın özü də bir təcrübədir. Biz artıq tarix yazmışıq. Niyə də qrupa düşməyək, Azərbaycan voleybolunda daha böyük uğurlara imza atmayaq? Mən buna ciddi şəkildə inanıram. Əlbəttə, qarşımızda çox güclü komandalar var. Ancaq nə qədər irəli getsək, nə qədər çox qələbə qazansaq, bu, bizim üçün bir o qədər böyük uğur və təcrübə olacaq. Əlimizdən gələni edəcəyik”
Mütəxəssis İtaliya və Türkiyədə keçirilən hazırlıq prosesinin komanda üçün faydalı olduğunu vurğulayıb:
“İtaliyada 15 gün hazırlıq keçdik, daha sonra Türkiyəyə yollandıq. Əsas məqsədimiz oyunçuların bir-birinə uyğunlaşmasını təmin etmək və komandadakı çatışmazlıqları müəyyənləşdirmək idi. Yoxlama oyunlarında zəif nöqtələrimizi gördük və onların aradan qaldırılması üzərində çalışırıq. Bu qarşılaşmalar əsas heyətin formalaşdırılması baxımından da əhəmiyyətli oldu. Bizdə birinci və ikinci heyət anlayışı yoxdur. Bütün oyunçularımız təcrübəlidir. Ancaq meydana çıxacaq ilk altılığın müəyyənləşdirilməsi üçün vacib idi”.
Baş məşqçi qarşıdakı oyunun çətin keçəcəyini də etiraf edib:
“Qarşılaşmanın nəticəsi barədə əvvəlcədən ehtimal irəli sürmək istəmirəm. Çətin oyun olacaq. Ancaq komandamız uğur qazanmaq üçün əlindən gələni edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 Oktyabr 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















