Turist avtobusu Macarıstanda qəzaya düşdü: Xeyli sayda ölü və yaralı var
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Macarıstanda avtobus qəzası nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər isə xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" hesabında yazıb.
Qeyd olunub ki, avqustun 16-na keçən gecə M3 avtomagistralı ilə Niredhaza istiqamətində hərəkət edən Polşa dövlət qeydiyyat nişanlı avtobus gözlənilmədən düz yoldan çıxaraq uçurma aşıb.
Macarıstan polisinin ilkin məlumatına görə, avtobusun sürücüsü sükan arxasında yuxulayıb. O, saxlanılıb.
Hüquq-mühafizə orqanlarının sözlərinə görə, turist avtobusunda 57 sərnişin və iki sürücü olub. Qəza nəticəsində 12 nəfər həlak olub. Bir neçə nəfər xəsarət alıb, onlar tibbi yardım alırlar.
Hazırda Borşod-Abauy-Zemplen vilayətinin polisi qəza yerində xilasetmə işləri aparır və hadisənin təfərrüatını araşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Avqust 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















