Turist axını dağ sakinlərini bezdirdi: 100 avroluq giriş haqqı tələb edirlər
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
İtaliyanın şimalındakı Dolomit dağlarında turist axını yerli sakinləri narahat edib.
Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bölgəyə hər gün minlərlə insan gəlir. Kəndçilər özəl ərazilərinə icazəsiz girişin qarşısını almaq üçün 5 avro giriş haqqı olan turnikələr quraşdırıblar.
Alto Adige Alp klubunun rəhbəri Carlo Zanella sosial media fenomenlərini ekoloji zərərlərə görə günahlandırır və bəzi "influencer" hesablarının bağlanmasını təklif edir. Bəzi yerli sakinlər turist axınına qarşı 100 avroluq giriş haqqının tətbiqini istəyir.
Turizm qurumları isə turnikələrə qarşı çıxır və məsələ ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Oxşar tədbirlər İtaliyanın digər bölgələrində də görünməkdədir.
Baxış sayı:111
Bu xəbər 01 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















