Turist itkin düşüb: Axtarışlar davam edir
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Türkiyənin Antalya bölgəsində, Likya yolunun Kaş və Demre rayonları arasındakı hissəsində yürüşə çıxan turist Friederike Elisabeth Newrzelladan xəbər almaq mümkün olmayıb.
Sherg.az xəbər verir ki, turistin tapılması üçün jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) əməkdaşları genişmiqyaslı əməliyyata başlayıblar.
Turistin yaxınları sosial şəbəkələrdə paylaşım edərək onun tapılması üçün kömək istəyiblər. AKUT-un Kaş-Kalkan qrupu da axtarışlara qoşulub.
1993-cü il noyabrın 27-də anadan olan Newrzellanın boyunun 1,66 metr olduğu və bədənində döymə olmadığı bildirilib. Ərazidə yürüş edənlərdən və yerli sakinlərdən turisti görəcəkləri və ya onun yeri barədə məlumat əldə edəcəkləri təqdirdə 112-yə, AFAD-a və ya jandarmaya məlumat vermələri xahiş olunub.
Təxminən 760 kilometr uzunluğunda olan Likya yolu Türkiyənin Fethiye rayonundan Antalyayadək uzanır. Qədim şəhərləri birləşdirən marşrut təbii gözəllikləri ilə seçilsə də, dik yamacları, daşlı yolları və çətin keçidləri ilə yürüşçülər üçün təhlükəli ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Oktyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















