Turist timsahın hücumuna məruz QALDI
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikanın məşhur Puerto Vallarta kurortunda faciəli hadisə baş verib. Timsah otelin qarşısındakı çimərlikdə istirahət edən 28 yaşlı kişiyə hücum edərək onu dənizə sürükləyib.
Redaktor.az bu haqda "ABC News"ə istinadla xəbər verir.
Məlumata görə, Mexiko şəhərindən olan İrvinq Maurisio çimərlikdə olarkən timsahın hücumuna məruz qalıb. Yırtıcı onu dənizə sürükləyib.
Xilasedicilər gənci bütün gecə axtarıblar. Onun cəsədi səhər saatlarında sahildən təxminən 300 metr aralıda tapılıb.
Otel rəhbərliyi bildirib ki, çimərlikdə təhlükə barədə xəbərdarlıq edən nişanlar və qırmızı bayraqlar yerləşdirilib. Həmçinin gecə saatlarında patrulların fəaliyyət göstərdiyi və əməkdaşların fövqəladə hallarla bağlı təlim keçdiyi açıqlanıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Avqust 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















