Turistlər Azərbaycanda nə qədər pul xərcləyib? Ölkələr üzrə siyahı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana gələn 119 min 285 nəfər əcnəbi turist burada 207 milyon 141,2 min manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər bir turist yanvar ayında Azərbaycanda orta hesabla 1 736 manat pul xərcləyib.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında hər bir əcnəbi turist Azərbaycanda orta hesabla 1 191 manat pul xərcləyib.
Bu ilin yanvar ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib – 30 min 654 nəfər. Rusiyadan gələn turistlər yanvar ayı ərzində 46,9 milyon manat xərcləyib. Adambaşına düşən xərc isə 1 529 manat olub.
Qeyd edək ki, yanvar ayında Azərbaycanda ən çox pul xərcləyənlər ABŞ vətəndaşları olub. Ay ərzində Azərbaycana gələn 1 089 ABŞ vətəndaşının hər biri burada orta hesabla 2 416 manat xərcləyib. İkinci yerdə 2 328 manatla Qətər, üçüncü yerdə isə 2 297 manatla Küveyt vətəndaşları qərarlaşıb.
Azərbaycanda ən az pul xərcləyənlər isə Gürcüstan və Türkmənistandan gələn turistlər olub. Türkmənistan vətəndaşı olan şəxslər yanvar ayında Azərbaycanda adambaşına orta hesabla 1 312 manat, Gürcüstan vətəndaşı olan turistlər isə 1 275 manat xərcləyib.
Cədvəldə yanvar ayında Azərbaycana gələn turistlərin burada xərclədiyi vəsaitin ölkələr üzrə bölgüsü əks olunub:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Hansı ölkədən gələn turistlər Azərbaycanda nə qədər pul xərcləyiblər? Siyahı
01 Avqust 2025 19:02
Əcnəbi turistlər Azərbaycanda yeyib içməyə nə qədər pul xərcləyiblər? Siyahı
04 Mart 2026 16:53
Azərbaycana gələn turistlər nə qədər pul xərcləyib?
12 Oktyabr 2026 16:37
Azərbaycanda yeyibiçməyə ən çox hansı ölkədən gələn turistlər pul xərcləyib? Tam siyahı
28 Dekabr 2024 14:14
Azərbaycana gələn əcnəbi turistlər daha çox öz evlərində qalırlar Ölkələr üzrə siyahı
01 Avqust 2025 10:47
Baxış sayı:126
Bu xəbər 03 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















