Turistlər ən çox bu parkları ziyarət edib Fotolar
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın müxtəlif ekosistemlərini özündə birləşdirən milli parklara “Yaşıl dünya naminə həmrəylik” ilində 223 549 turist səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, 2024-cü ilin bu gününədək ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır:
“Ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb”.
A.Babayeva Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və bayram tətili günlərini milli parklarımızda keçirməyə dəvət edib.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















