Turistləri daşıyan helikopterin qalıqları tapıldı
Icma.az bildirir, Modern.az portalına istinadən.
Yaponiyanın Kumamoto prefekturasındakı Aso dağı üzərində uçuş edərkən radarlardan itən ekskursiya helikopterinə aid olduğu güman edilən qalıqların yeri müəyyən edilib.
Modern.az Yaponiya mediasına istinadla xəbər verir ki, göyərtəsində pilot və 2 turistin olduğu R44 helikopteri səhər saatlarında radarlardan itib. Axtarış işlərinin gedişində helikopterin qalıqları təxminən 4 saat sonra aşkarlansa da, pilot və sərnişinlər hələ də tapılmayıb.
Ekskursiya şirkətindən verilən məlumata görə, həmin helikopter radarlardan itməzdən əvvəl gün ərzində 2 uçuş yerinə yetirib və heç bir texniki nasazlıq olmayıb. Pilot isə 40 illik uçuş təcrübəsinə malik olub. Bununla belə, səhər saatlarında havanın buludlu olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 20 Yanvar 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















