Icma.az
close
up
RU
Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin FOTOLAR

Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Min illər ərzində Türkiyənin ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılmışdır. Türkiyədə hər bir bölgənin özünəməxsus xüsusiyyətləri – etik dəyərləri, yaşam tərzi və qaydaları var. Türkiyəni tanımaq bu bölgələrin tanıtımından başlayır. Türkiyənin tarixində özünəməxsus yeri olan Mardin haqqında oxucularımıza bu yazımızda məlumat verəcəyik.
Mardin Türkiyənin böyük əyaləti və əhalisinin sayına görə iyirmi altıncı olan bir şəhəridir. 2021-ci il statistikasına görə Mardinin əhalisi 862,757 nəfərdir. Mardin Cənub-Şərqi Anadolu Bölgəsinin Dəclə vadisində yerləşir. Bu bölgə Suriya ilə həmsərhəddir.
Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin, mədəniyyətlərin birləşdiyi poetik şəhərlərindən biridir. Ziyarət edənlərdə memarlıq, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını bağışlayır. Minlərlə illik tarixi qalıqlarla iç-içə girmiş kimsəsiz məzarları, kənd evlərinin altındakı kilsələri, monastırları, məscidləri, qalaları, daş evləriylə yalnız Türkiyənin deyil, dünyanın ən maraqlı və təəccüblü yerlərindən biri olan Mardində insanlar demək olar ki, hər şeyə təəccüblə baxır. Dar küçələrində gəzməyə başladığınız zaman özünüzü 1500 il əvvələ getmiş kimi hiss edirsiniz. Sanki bir zaman maşınının içində keçmişə gedib gəlirsiniz. Mardin şəhəri keçmişi və müasirliyi özündə birləşdirir.
Mardin daşın və inancın şəhəri kimidir. Möhtəşəm daş işləməli evləri, hər kəsin ürəyincə gəzdiyi bazarları, dar və pilləkənli küçələri, kilsələri, mədrəsələri, damlarda göyərçin bəsləyən istiqanlı və zarafatcıl insanları, möhtəşəm yeməkləri ilə görə biləcəyiniz ən mifoloji və ən sirli şəhərlərdən biridir.
Mardin adı ərəb mənbələrində Mâridin, suriyalı mənbələrdə isə Marde kimi qeyd olunur. Sözün mənşəyi haqqında müxtəlif fikirlər var. Bəzi fikirlərə görə, Mardin sözü III əsrdə Ərdəşirin burada məskunlaşdığı döyüşçü tayfası Mardesdən gəlir. Bəzi mülahizələrə görə, “Qalalar” mənasını verən Merdindən gəlir. Bu gün istifadə edilən ad ərəb mənbələrində qeyd olunan Maridindən gəlir.
ardin vilayətində tarixin qədim dövrünə aid tapıntılar var. Artuklu Universiteti şəhərciyindəki Hırbe Helale yaşayış məskənində aparılan qazıntılar zamanı tapılan daşlar Paleolit ​​dövrünə aid edilir. Neolit ​​dövrünə aid tapıntılar Dargeçit rayonunun İlisu yaxınlığında yerləşən Boncuklu Tarla yaşayış yerindən tapılıb. Gene Derik qəsəbəsindəki Kerküşti Höyükdə aparılan qazıntılar nəticəsində Kalkolit dövrünə aid qalıqlar aşkar edilib. Kemaliye kurqan və Tilki Təpə kurqanlarında da Xalkolit dövrü keramikalarına rast gəlinmişdir. Nusaybin rayonundakı Girnavaz Höyükdə erkən tunc dövrünə aid qalıqlar tapılmışdır. Bundan əlavə, bölgədə 36 kurqanda tunc dövrünün müxtəlif dövrlərinə aid tapıntılar aşkar edilmişdir. Bu dövrə aid tapıntılar Mardin-Nusaybin yolu üzərindəki Gırharrin Höyük, Mardin dağlarının cənubundakı Girnavaz və Yuxarı Dəclə hövzəsində Giricano, Kavusan Höyük, Siirt Türbe kurqan, Üçtəpə, Visittəpə və Qre Dimse kurqanlarında da rast gəlinir. Tarixi abidələrlə zəngin olan Mardində istənilən tarixi dövrə aid abidələrə rast gəlmək mümkündür. Mardini dünyanın açıq muzeyi də adlandırmaq olar. Bütün inanclara aid olan tarixi abidələrlə zəngin bu bölgə məhz bu səbəbdən turistlərin sevimli məkanına çevrilib.
Mardin, yalnız Cənub-Şərqi Anadolu bölgəsi deyil, dinlərin, dilləri və mədəniyyətlərini ortaq məxrəcədə birləşdirən Türkiyənin ən xüsusi qorunan yerlərindən biridir. Keçmişözündə əks etdirən bu qədim bölgədə indi də bu sivilzasiyanın izlərini özündə qoruyur. Kilsələr, şüşə evlər, maraqlı bir arxitektura olan kənd evləri, ərazi məzarları, mərtəbəli və daş evlər demək olar ki, Mardində saysız hesabsızdır. Yolunuzu bu bölgəyə salsanız , gəzməklə qurtarmayacaq bir tarixlə üz-üzə qalacaqsınız. Mədəni irs, tarixi dəyərlər, təbii gözəlliklər və sükunətli küçələrə sahib olursunuz. Səfər zamanı müxtəlif insanlarla görüşüb danışa uzun müddət söhbət etmək imkanı əldə edəcəksiniz.
Minillik tarixi özündə əks etdirən Mardində rəngli, gözal tarixi alış-veriş məkanlarını görmək mümkündür. Beləliklə Mardini ziyarət etməklə tanış ola biləcyiniz ən gözəl məkanları diqqətinizi çatdırırıq.
Mardin Evləri
Dünyada daş sənətkarlığının ən möhtəşəm əsərlərindən biri sözsüz ki, Mardindəki Daş evlərdir. Orta Əsr memarlığına aid daş evləri Mardinin ən yerlər siyahınızın ilk sırasında yer alır. Bölgədə asanlıqla yerləşən sarı əhəngdaşı daşından düzəldilmiş Mardin evlərinin ən böyük özəlliyi evlərin qışda isti, yayda sərin olmasıdır. Tuya Dağı yamaclarındakı dar küçələrdə gəzərkən görəcəyiniz evlərin görkəmi, divarlarına işlənən bəzəmələr bu evlərə daha da gözəllik qatır.
Ulu Məscidi
Mardindəki daha bir möhtəşəm tarixi məkan Bazar içərisindəki Ulu Məscididir. Məscidin hansı tarixi dövrdə və memar tərəfindən tikildiyi məlum deyil. Mardinin ən qədim məscidi hesab edilən bu möhtəşəm tikili , 2 minarəli olaraq inşa edilmişdir. Ağqoyunlu, Məmlük və Osmanlı dövrlərində tarixi aşınmalara məruz qalan məscid indiki görkəminə 1967-ci ildə sahib olub. Bu məsciddə onu qoruyan və xidmət edən 10 səhabələrinin adları yazılıb.
Mardin qalası
“Qartal Yuvası” adlandırılan Mardin Qalasının X əsrdə inşa edildiyi qeyd edilir. Tarixi dəyəri qədər mənzərəsilə da sizləri ovsunlayacaq olan qala, görkəmi və möhkəmliyi bir çox şairə ilham qaynağı olmuşdur. Bir neçə dəfə güclü zəlzəyə davam gətirən bu məşhur qala yerli sakinlər tərəfindən məhz buna görə Qartal yuvası adlandırılır.
Mardin Muzeyi
Osmanlılara qədər bölgəyə hakim olan mədəniyyətlərə aid tapıntıların nümayiş etdirdiyi Mardin Muzeyi, 1942-ci ildə yaradılmışdır. 1995-ci ildən bəri fəaliyyət göstərdiyi binası isə 1895-ci ildə Antakya Patriarxı Ignatios Bəhram Banını tərəfindən Süryani Katolik Patriarxlığı kimi inşa edilib. Arxeologiya və etnoqrafiya olmaq üzrə 2 fərqli hissəni özündə əks etdirən muzeydə tarixi əhəmiyyətə malik əşyalar nümayiş etdirilir.
Dara xarabalıqları
Mardində turistlərin ən sevimli yerlərindən biri olan , dünyanın ən qədim şəhərlərindən biri Dara Mezopotamiya xarabalıqlarıdır. Mardinin cənub-şərqində 30 km uzaqlıqdadır. Bura köhnə Mesopotamiya bölgəsinin ən məşhur şəhəridir. Dara şəhəri qalıqları qayalar içində ətrafı 8-10 kilometri əhatə edən geniş bir sahəyə yayılmışdır. Buralarda mağara evlər vardır. Şəhər qalıqları içində kilsə, saray, bazar və anbarları, zindan, Tophane və su bəndi hələ də nəzərə çarpır.
Zinciriye Mədrəsəsi
Tarixi görünüşünə və tikinti arxitekturasına görə seçilən Zinciriye Mədrəsəsi 1385-ci ildə inşa edilib. Tarixi araşdırmalaragörə bu mədrəsi həmin dövrdə bu ərazini işğal edən moğollar tərəfindən inşa edilib. Əlverişli mövqeyinə görə keçmişdə bu yer rəsədxana kimi istifadə edilib.
Kırklar Kilsəsi
Təkkə Mahallesidəki Altunboğa Mədrəsəsi, Məlik Mənsur Əhməd Kiçik dövründə vəzirlik edən Altun Buğa tərəfindən 1364-ci ildə inşa edilib.
Mardin çarşı
Zəngin mədəniyyəti özündə əks etdirən Mardində həm də gözəl çarşı bazarlar var. Mardindəki məşhur çarşı da öz tarixi və ənənəsi ilə turistlərin ən sevimli məkanlarından biridir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri