Turistlərin nəzərinə: Maldiv adalarında yeni qadağa
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 15-dən Maldiv adalarında elektron siqaret (veyp) qadağası qüvvəyə minir.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Press" nəşri məlumat yayıb.
Qadağa parlamentin noyabrın 12-də qəbul etdiyi Tütünlə mübarizə haqqında qanuna edilən düzəliş çərçivəsində həyata keçirilir.
Qanun layihəsi elektron siqaretlərin, veypinq və bu cihazlarla istifadə üçün nəzərdə tutulan ləvazimatların idxalını, satışını, pulsuz paylanmasını və istifadəsini qadağan edir. Qanunu pozmağa görə cərimələr mövcuddur.
Qeyd olunur ki, Maldiv Gömrük Xidməti bu cür cihazları və müvafiq materialları müsadirə etməklə qaydalara əməl olunmasına nəzarət edəcək.

Çin turistlərin Comolunqmaya girişinə qadağa qoydu
07 Yanvar 2025 11:06
Ani Lorak Maldiv adalarında evləndi
13 Mart 2025 12:31
Turistlərin sayı artıb
23 Yanvar 2025 10:17
Voloçkova Maldiv adalarında balet mərkəzi açır...
13 Yanvar 2025 22:16
Maldiv adalarında köpək balığı turistə hücum etdi
06 Fevral 2025 13:20

