Turizm Agentliyi tenderin qalibi olan şirkətə 111 min 111 manat 16 qəpik ödəyəcək
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Atashgah Art Center” MMC (VÖEN – 1904551531) olub.
Yeniavaz.com xəbər verir ki, Turizm Agentliyi “Atashgah Art Center” MMC-dən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşəcək Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işlərinə dair xidmətləri satın alacaq və qarşılığında 111 min 111 manat 16 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Atashgah Art Center” MMC-nin qanuni təmsilçisi Həsənova Aytən Yavər qızıdır. MMC 2020-ci ildən fəaliyyət göstərir və bu günə kimi ancaq Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqələrində qalib olub.
Bu müsabiqədə diqqət çəkən məqamlardan biri də tender müsabiqəsinin dəyərinin əsasən eyni rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
04 May 2026 13:31
Dövlət Turizm Agentliyi təbliğat üçün bu şirkətə 1,1 milyon manat ödəyəcək
24 İyul 2026 10:17
Geoloji Kəşfiyyat Agentliyi bu şirkətə 110 min ödəyəcək
22 İyul 2025 08:50
“Azərsu” tenderin qalibi olan şirkətə 1 599 999,99 manat ödəyəcək
12 May 2026 12:44
Su Ehtiyatları Agentliyi bu şirkətə 75 milyon manat ödəyəcək
11 Dekabr 2025 17:36
Baxış sayı:166
Bu xəbər 30 Avqust 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















