Icma.az
close
up
RU
Turizm bizim dənizdən də yan keçir

Turizm bizim dənizdən də yan keçir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyədə bu ilin avqust ayının sonunadək ölkənin 18 kruiz limanı ümumilikdə 1,5 milyon sərnişin qəbul edib.

Bu göstərici son 12 ilin ən yüksək nəticəsi olmaqla, Türkiyənin beynəlxalq kruiz turizmində yüksələn mövqeyini bir daha təsdiqləyir. 2025-ci ilin ilk səkkiz ayının yekunlarına görə, kruiz gəmilərinin sayı ötən illə müqayisədə 17 faiz artaraq 878-ə çatıb (2024-cü ildə 753). Sərnişin sayı 2023-cü illə müqayisədə 56 faiz, 2024-cü illə müqayisədə isə 18 faiz artım nümayiş etdirib. Yalnız avqust ayında 357 min 646 sərnişin qəbul olunub ki, bu da bütün dövrlərin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb. İlin sonuna qədər Türkiyənin 600 min sərnişin hədəfini keçəcəyi proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 130 faizlik artım deməkdir.

Qeyd edək ki, ölkəmizdə turizm prioritet olsa da, bu sahədə bir sıra turizm növləri hələ də tətbiq edilmir.  Onlardan biri də məhz dəniz səyahətləri ilə bağlıdır. Hazırda  Xəzər dənizində turistlərin gəmilərlə səfərləri təşkil edilmir. Halbuki bir sıra dünya ölkələri məhz bu səyahətlərə çox sayda turist cəlb edirlər.

Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır?   

Məsələ ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, dənizin inkişaf potensialı ilə bağlı məsələ aktualdır:

“Hətta 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə  qeyd edilib ki, Xəzər dənizinin imkanlarından turizm məqsədilə istifadə edilməlidir.  Burada dənizdə müəyyən səyahətlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdu.  Lakin COVID-19,  quru sərhədlərin bağlı olması kimi məsələlər ortaya çıxdı. Ancaq gələcəkdə Xəzər dənizinin  sularından istifadə etmək olar.  Xəzər göldür və  okeanıa əlaqəsi  olmadığına görə iri  kruiz gəmilərinin buraya yan alması  real görünmür. Ancaq  müxtəlif gəmilərdən turizm məqsədilə, qısamüddətli  səyahətlər üçün istifadə oluna bilər. Yaxud  Bakının 2040-cı ilədək olan Baş Planına əsasən adalardan turistik məqsədlərlə istifadə edilməsi,  gəmilərlə səyahət  təşkil oluna bilər.  Kruiz yox, bir neçə saatlıq  gəmilərlə  dəniz  səyahətləri  turistlər üçün maraqlı ola bilər”. 

Ekspert deyir ki, bu istiqamətdə hər hansı bir addımın atıldığını müşahidə etməyib:

“Bəlkə də Xəzər Dəniz Gəmiçiliyi ilə Dövlət Turizm Agentliyinin danışıqları olub. Bakı Bulvarında yarım saatlıq gəmi turu var idi. Onun belə olması bizim şəhərin qonaqları, vətəndaşlar üçün çox maraqlı olardı.  Məsələn, Türkiyədə 3-5 saatlıq belə dəniz turları var.  Burada adətən şoular göstərilir,  yemək,  bir qədər iri gəmilərdə musiqili tədbirlərlə bunu reallaşdırmaq olur ki, bununla da gələn qonaqlara əyləncə  təqdim edirlər.  Bizdə o potensial var.  Ən azı bu kimi tədbirlər etmək olar.  Məsələn, Xəzər dənizində axşam saat 6-da gedib, saat 10-da geri dönmək şərtilə  adaların yanından keçməklə bir marşrut hazırlamaq maraqlı olardı. 

Bu gün bizdə dəniz də, gəmi də  var. Bunun üçün müxtəlif qurumlar  bir-biri ilə koordinasiyalı çalışmalıdırlar. Bu, yalnız Dövlət Turizm Agentliyindən asılı deyil. Burada dənizə baxan qurumlar da rol oynayır. Yəqin ki, bu qurumlar tərəfindən sıx  maraq göstərilmir.  İş adamları buna həvəslidirlər.  Vaxtilə turizm şirkətləri tərəfindən buna cəhdlər olub.  Ancaq nəticə olaraq dənizin potensialından, eyni zamanda  gəmilərdən  istifadə  olunmayıb”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri