Icma.az
close
up
RU
Turizm və Menecment Universiteti İsveçdə keçirilən beynəlxalq tədbirdə təmsil olunub AZƏRTAC

Turizm və Menecment Universiteti İsveçdə keçirilən beynəlxalq tədbirdə təmsil olunub AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçdə keçirilən genişmiqyaslı beynəlxalq tədbirdə təmsil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda, innovativ yanaşmanın təkmilləşdirilməsi olub.

Görüşün ilk günündə layihənin əsas məqsədləri və perspektivləri ətraflı müzakirə olunub. İsveçin sahibkarlıq təhsili sahəsindəki təcrübəsi diqqətə çatdırılıb. Gənclər arasında sahibkarlıq bacarıqlarının və innovativ düşüncə tərzinin inkişaf etdirilməsinə dair tətbiq olunan strategiyalar haqqında məlumat verilib.

Sonrakı günlərdə İspaniya, Portuqaliya, Polşa və Estoniyadan olan ekspertlər öz ölkələrinin ali təhsildə təşəbbüskarlıq və innovativ yanaşmalarına dair təcrübələri barədə xüsusi təqdimatlarla çıxış ediblər.

Daha sonra bu təqdimatlar əsasında müzakirələr baş tutub.

Səfər zamanı Azərbaycan ali təhsil məkanı üçün innovativlik strategiyasının hazırlanması və müvafiq istiqamətlər üzrə mükafatların təsis edilməsi ilə bağlı müzakirələr aparılıb, komandalar formalaşdırılıb, eləcə də komandaların iş planı təsdiqlənib.

Xatırladaq ki, layihənin Avropa İttifaqından olan tərəfdaşları İsveçin KTH Kral Texnologiya Universiteti, Portuqaliyanın Lissabon Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti və Polşanın WSG Universitetidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri