Turizm zonalarında tullantı poliqonlarının yaradılması qadağan edildi
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Nazirlər Kabineti 21 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələrinin ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, poliqonlar üçün ayrılmış sahələrə dair tələblər dəyişib. Belə ki, bundan sonra çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə, eləcə də turizm və rekreasiya zonalarının ərazilərində poliqonlar üçün sahələrin ayrılması və təşkilinə icazə verilməyəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, poliqonlar üçün ayrılmış sahələrə dair tələblər dəyişib. Belə ki, bundan sonra çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə, eləcə də turizm və rekreasiya zonalarının ərazilərində poliqonlar üçün sahələrin ayrılması və təşkilinə icazə verilməyəcək.

Turizm zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşib
04 Noyabr 2024 19:03
Turizm zonalarında qadağan edilmiş fəaliyyətə görə cərimələr müəyyənləşir
10 Dekabr 2024 12:54
Turizm zonalarında qadağan edilmiş fəaliyyətlə məşğul olanlar 4 min manatadək cərimələnəcək
04 Dekabr 2024 18:23

