Icma.az
close
up
RU
Türk birliyi əleyhinə kampaniya aparan “Yeni Düzen” qəzeti kimin maşasıdır?

Türk birliyi əleyhinə kampaniya aparan “Yeni Düzen” qəzeti kimin maşasıdır?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü Türk dünyasının siyasi, iqtisadi və mədəni gələcəyini müəyyən edən tarixi hadisə hesab olunur.
Azərbaycan bu dəfə həm ev sahibi, həm də Türk birliyinin ideoloji mərkəzi kimi ön planda idi. Türk dövlətləri Qəbələdə toplanaraq vahid mesaj verdilər. Mesajın əsas mahiyyəti bu idi ki, Türk dünyası artıq real güc mərkəzidir.
Təbii ki, bu reallıq hamını sevindirmir. Məsələn Rusiya, İran daxilində müxtəlif medialar sammit barədə saxta xəbərlər hazırlayıblar. Onların narahatlıqlarının səbəbi hər kəsə məlumdur, tarixən hər iki ölkənin Türk birliyinə qarşı olduğu inkaredilməz faktdır.Ancaq bu dəfə Türk birliyinə ağızbüzənlər bu iki ölkə ilə məhdudlaşmadı.
Türkiyə və Türk birliyinə qarşı mövqedə olan Şimali Kiprin bəzi media orqanları planlı şəkildə Qəbələ görüşünə kölgə salmağa cəhd edir. Bu cəhdlər bir neçə qəzet və onlara bağlı media strukturları vasitəsilə həyata keçirilir. Onlardan biri də “Yeni Düzen” adlanan nəşrdir. 
“Yeni Düzen” uzun illərdir Şimali Kiprdə fəaliyyət göstərən, amma Türkiyənin siyasətinə qarşı ritorikası ilə tanınan media subyektidir. Bu qəzetin yazı üslubu və ideoloji xətti açıq şəkildə Cümhuriyyətçi Türk Partiyasına yaxın olan çevrələrdən qaynaqlanır. Nəşr mütəmadi olaraq Türkiyənin Kiprdəki mövcudluğunu “işğal” adlandırır, Türk Dövlətləri Təşkilatını təsirsiz bir format kimi göstərməyə çalışır və Azərbaycanın hər bir uğurunu təhrif edir. 
Qəzetin redaksiya xətti illərdir Yunan lobbilərinin təsirini daşıyır, onların “iki icmalı Kipr” modelini təbliğ edir və Şimali Kiprin müstəqilliyini sarsıtmağa xidmət edir.
Son dövrlərdə bu qəzetdə İran yönümlü baxışlar da artıb. Yazılarda Türk birliyi “imperialist layihə” kimi təqdim olunur, İranın “İslam həmrəyliyi” adı altında yaratmaq istədiyi təsir zonasına haqq qazandırılır. 
Serhat İncirli adlı müəllif tərəfindən dərc edilən son məqalədə isə yenidən Türk birliyinə kölgə salmağa cəhd edilib. Əslində bu iddialar Qəbələdə formalaşan yeni reallığa, Türk dünyasının enerji, nəqliyyat və təhlükəsizlik sahələrində müstəqil mərkəzə çevrilməsinə qarşı aparılan informasiya müharibəsidir. Çünki Qəbələ Zirvəsi göstərdi ki, Türk dövlətləri artıq regionun qaydalarını müəyyən edən mərkəzdir.
“Yeni Düzen”in Qəbələ Zirvəsinə qarşı təxribatçı yazısı məhz bu qorxunun nəticəsidir. Azərbaycan və Türkiyənin birgə liderliyi, Türk birliyinin siyasi çəki qazanması və enerji marşrutlarında yeni nizam yaratması həm Yunanıstan, həm İran, həm də onlara yaxın mediada ciddi narahatlıq doğurub. Bu nəşrlər indi öz müstəqilliyini itirmiş, xarici dairələrin sifarişini yerinə yetirən informasiya vasitələrinə çevriliblər.
Türk dünyası artıq bölünməyəcək qədər yaxınlaşıb. Heç bir lobbi, heç bir təxribatçı media bu prosesi dayandıra bilməyəcək. Qəbələ görüşü bir daha sübut etdi ki, Türk birliyi emosional ideya deyil, reallıqdır. Bu reallığın qarşısında “Yeni Düzen” kimi qəzetlərin yalan və nifrət dolu yazıları sadəcə zəiflərin səsi kimi tarixdə qalacaq.
Türk birliyindən qorxanlar çoxdur. Amma artıq Qəbələdən başlayan yol geridönülməzdir!

Elnur ƏMİROV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri