Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Türk dillərinin ekologiya terminləri lüğəti” təqdim olunub

“Türk dillərinin ekologiya terminləri lüğəti” təqdim olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Türk dillərinin ekologiya terminləri lüğəti”nin təqdimatı keçirilib.

Lüğət azərbaycanlı professor Elman Yusifovun və digər türkdilli dövlətlərin alimlərinin müəyyənləşdirərək təqdim etdiyi terminlər toplusu əsasında beynəlxalq mütəxəssislər qrupu tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu cür əhəmiyyətli elmi məzmunlu kitabın təqdimatının nazirlikdə keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirilib ki, kitabın əhəmiyyəti olduqca böyükdür və müəlliflər çox vacib bir işin öhdəsindən uğurla gəliblər. Qeyd edilib ki, terminologiyanın təxminən 50-60 faizi bütün türk dillərində ortaqdır, mövcud fərqliliklərin bilinməsi və öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Kitabın yüksək peşəkarlıq səviyyəsində hazırlandığını və digər türk dövlətlərində təqdimatının keçirilməsinin vacibliyini vurğulayan nazir müavini layihə iştirakçılarına və ekspertlərə təşəkkür edib.

Layihənin elmi rəhbəri, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev akademiyanın fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib, həyata keçirilən elmi layihələr barəsində ətraflı məlumat verib. Qeyd olunub ki, akademiya 2023-2026-cı illərdə 50-dən çox layihə həyata keçirib. Həmin layihələrin məzmun baxımından istiqamətlərindən biri də “Türk dilləri və terminologiyası”dır. Bu gün təqdimatı keçirilən lüğət də həmin istiqamət üzrə icra olunan “Türk dillərinin terminoloji lüğətləri” layihəsinin bir hissəsidir. Bir cilddən ibarət 5 minə yaxın ekoloji termini əhatə edən lüğətdə terminlər 11 dildə - ingilis, rus, Azərbaycan, başqırd, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türk və türkmən dilində təqdim olunur.

Layihənin elmi əlaqələndiricisi Beynəlxalq Türk Akademiyasının eksperti Aynur Mayemerovanın sözlərinə görə, qloballaşma prosesində elm, texnologiya və kommunikasiya sahələrində baş verən sürətli inkişaflar dillər arasında terminoloji uyğunluq və əməkdaşlıq ehtiyacını gündən-günə artırır. Bu münasibətlə Beynəlxalq Türk Akademiyası tərəfindən 2023-cü ildən etibarən həyata keçirilən genişmiqyaslı layihələrdən biri də “Türk dillərinin terminoloji lüğətləri” layihəsidir: “Beynəlxalq Türk Akademiyası tərəfindən bugünədək türk dillərinin terminoloji lüğətləri seriyası çərçivəsində iqtisadiyyat, tibb, dilçilik, hərbi sahə, ətraf mühit, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və süni intellekt üzrə lüğətlər nəşr olunub. Kənd təsərrüfatı, mədəniyyət və incəsənət, nəqliyyat və digər sahələr də daxil olmaqla geniş istiqamətlər üzrə işlərimiz davam etdirilir. Müasir dövrdə iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, bioloji müxtəlifliyin azalması və təbii ehtiyatlardan dayanıqlı istifadə kimi qlobal ekoloji problemlər bəşəriyyətin qarşısında duran ən mühüm məsələlər sırasındadır. Bu prosesdə Türk dünyasının həm sürətlə artan qlobal rəqabət mühitinə, həm də elm, texnologiya və ekologiya sahələrində meydana çıxan yeniliklərə uyğunlaşması böyük əhəmiyyət daşıyır. Yeni inkişaflar isə öz növbəsində yeni anlayışların və ekoloji terminlərin yaranmasını qaçılmaz edir. Bu baxımdan, “Türk dillərinin ekologiya terminləri lüğəti”ndə müasir dövrdə geniş istifadə olunan aktual ekoloji və ətraf mühit terminlərinin əhatə olunmasına xüsusi önəm verilib. Termin siyahısının hazırlanması prosesində ekologiya və ətraf mühit sahələrinə dair elmi məqalələr, monoqrafiyalar və lüğətlər araşdırılıb, geologiya, torpaqşünaslıq, coğrafiya, botanika, zoologiya və ekologiya kimi müxtəlif elmi istiqamətlərdə geniş istifadə olunan təxminən 5000 termin seçilib”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İradə Hüseynovanın sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, biomüxtəlifliyin kasadlaşması hər il yüzlərlə bitki növünün və heyvan cinsinin aradan götürülməsi, səhralaşma prosesləri, su, ekoloji təhlükəsizlik problemləri artıq dövlətlərarası həmrəyliyin və ortaq elmi araşdırmaların aparılmasını tələb edir. Bu baxımdan Türk dünyası həm zəngin təbii irsə, həm də çox böyük elmi potensiala malikdir.

“Türk dünyası zəngin biomüxtəlifliklərlə, ekosistemlərlə, landşaftların müxtəlifliyi ilə çox geniş xarakterizə olunur. Türkmənistanın səhra ekosistemləri, Özbəkistanın və Qazaxıstanın bozqırları, Türkiyənin və Azərbaycanın dənizsahili dağ sistemləri, Qırğıızıstanda daim qarla örtülü olan Tanrı dağları - ümumiyyətlə Altaydan Anadoluya qədər olan bütün bu sahələr zəngin ekoloji, mədəni bir məkan formalaşdırıb. Bu baxımdan Türk dünyasının elmi baxımdan da əlaqələndirilməsi, birliyinin yaradılması çox vacib məsələdir. Türk xalqları daim təbiətlə harmoniyada olub, zəngin ekoloji birliklər yaradıblar. Yüzilliklər ərzində yaradılan bitki sortları, yetişdirilən heyvan cinsləri, xalq təbabətində istifadə olunan dərman bitkiləri və eyni zamanda, sudan, torpaqdan səmərəli şəkildə istifadə olunması - bütün bunlar sanki ekoloji, mədəni bir baxış formalaşdırıb. Bu aspektə təqdim olan ekoloji lüğət, düşünürəm ki, ən yaxşı metodoloji bazanın yaradılması həm ekoloji, həm də mədəni irslərimizin təqdim olunması baxımdan çox böyük əhəmiyyət kəsb edir”, - deyə İ.Hüseynova vurğulayıb.

Professor Elman Yusifov lüğətin Türk dünyasının alim və mütəxəssislərinin birgə çalışaraq, böyük əmək sərf etdiyi məhsul olduğunu diqqətə çatdırıb: “İndiyə kimi çox qiymətli, dəyərli lüğətlər hazırlanıb, ekoloji sözlüklər çap edilib. Bu zamanadək tətbiq etdiyimiz lüğətlərin hamısı postsovet məkanında rus alimlərinin işlərinin bir tərcüməsi rolunu oynayırdı. Azərbaycan və digər türk dövlətləri müstəqillik əldə etdikdən sonra dünyada qloballaşma proseslərinə qoşulduqca həmin terminlərdə xeyli uyğunsuzluqlar meydana gəldi. Kollektiv araşdırmalar nəticəsində məlum oldu ki, bir çox termin heç dünya ekoloji terminologiyasında yoxdur, bəziləri isə bir-birini təkrarlayır. Böyük səylər nəticəsində biz bu kitabı ərsəyə gətirə bildik. Baza kimi əsasən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Oksfod Universitetinin ekoloji lüğətləri götürülüb. Bu işin davamı da var. Yenidən Beynəlxalq Türk Akdemiyasının himayəsi ilə beynəlxalq illustrativ ekoloji sözlük üzərində çalışırıq. Artıq “M” hərfinə qədər işlər bitib. Ümid edirəm ki, bu ilin payızına qədər ikinci hissəsini də bitirərik”.

AMEA-nın müxbir üzvü Zeynal Əkbərov ortaq terminoloji lüğətin vacibliyindən danışıb, bu gün təqdimatı olan lüğətin gələcəkdə gənc nəsillər üçün stolüstü kitab olacağına əminliyini ifadə edib.

Tədbir sual-cavab və müzakirələrlə davam edib.

Müxbir – Göyçək Mahmudlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri