Icma.az
close
up
RU
Türk Dövlətləri Ali Məhkəmələri Konfransının Əsasnaməsi təsdiqlənib

Türk Dövlətləri Ali Məhkəmələri Konfransının Əsasnaməsi təsdiqlənib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 6-7-də Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərində səfərdə olub.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində təşkil olunmuş konfransda çıxış edən İnam Kərimov qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü il oktyabrın 19-da Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq, Türk dünyası ölkələrinin birliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısında duran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və çevik həyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması, vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir. Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilən mütərəqqi islahatlar da bu məqsədlərə xidmət edir.

Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çox mütərəqqi layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların və hakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri Ali Məhkəmələri Konfransının növbəti iclaslarında hüquqşünas və hakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarların qarşılıqlı öyrənilməsi istiqamətində müzakirələr təşkil olunsun. Eyni zamanda, məhkəmə qərarlarının və hüquqi praktikaların müqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağı diqqətə çatdırılıb.

Konfransda digər çıxışlar da dinlənilib.

Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib.

Səfər çərçivəsində İnam Kərimov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitlə görüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri