Icma.az
close
up
RU
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI ƏDALƏT, SÜLH VƏ MƏRHƏMƏT RƏMZİDİR

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI ƏDALƏT, SÜLH VƏ MƏRHƏMƏT RƏMZİDİR

Icma.az, Adelet.az saytına istinadən bildirir.

İkinci Dünya müharibəsinin doğurduğu siyasi-hüquqi nəticələr nəzərə alınaraq, 80 il əvvəl yeni beynəlxalq münasibətlər sistemi formalaşmışdı. Bəşəriyyət o zaman da beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına əlahiddə ehtiyac duyurdu. 1945-ci ildə “Ümumdünya Hökuməti” kimi təsis olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas vəzifələrindən biri sülhü və beynəlxalq təhlükəsizliyi qorumaq idi. İki həftə əvvəl BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci, yubiley sessiyasında səslənən irad və tənqidlər əyani şəkildə göstərdi ki, yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb dövrdə bu ali təşkilatın dərin islahatlara ehtiyacı var. Davam edən münaqişə və müharibələr göstərir ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığını təmin etməli olan BMT-nin böyük dövlətlərə institusional təsir və təzyiq imkanları artıq yetərincə kəsərli deyil.

Geosiyasi qarşıdurmalar coğrafiyasının genişlənməsinin səbəblərindən biri də elə bu reallıqla bağlıdır. Bununla yanaşı, o da danılmaz həqiqətdir ki, beynəlxalq münasibətlərin aparıcı aktorları, böyük dövlətlər legitim təzyiq mexanizmlərini BMT-yə hələ də tanımaq istəmir, yaranmış boşluqdan və cəzasızlıq mühitindən sui-istifadə edərək yeni geosiyasi xəritələr uğrunda öz mübarizəsini aparır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum 4 qətnaməsinin 27 il ərzində kağız üzərində qalmasının da, keçmiş Minsk qrupunun 28 illik səmərəsiz fəaliyyətinin də səbəbi elə bu acı reallıqla bağlı idi. Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb dövrdə anlaşılan odur ki, səksən il əvvəl 50 dövlətin razılaşdırdığı, sonrakı illərdə ümumilikdə 193 dövlətin qoşulduğu və dünyaya ümumbəşər dəyər kimi təqdim etmək istədiyi ortaq beynəlxalq prinsiplər bəzi böyük dövlətlər üçün artıq imperativ xarakter daşımır. Onların beynəlxalq hüququn aliliyinə selektiv, seçmə üsulu ilə yanaşması da elə bu boşluqdan qaynaqlanır və nəticədə güc amili önə çıxır.

Belə bir vəziyyətdə, ortaq tarixi köklər və milli-mənəvi dəyərlər üzərində formalaşan Türk Dövlətləri Təşkilatı kimi təsisatın regional və qlobal proseslərə təsir imkanları xeyli artmış olur. Bir tərəfdən, ortaq tarix və etnik kök birliyi, digər tərəfdən, mövcud geosiyasi vəziyyət, ən başlıcası, Türk dövlətlərinə rəhbərlik edən Liderlərin siyasi iradəsi TDT-ni beynəlxalq münasibətlərin aparıcı və nüfuzlu aktoruna çevirmək üçün tarixi zəmin yaradır. O da danılmaz həqiqətdir ki, bu tarixi fürsətin əsası 16 il əvvəl, 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında imzalanmış Naxçıvan Sazişi ilə qoyulub və ortaq tariximizə Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi həkk olunub. Prezident İlham Əliyev bu il oktyabrın 3-də rəsmi sosial şəbəkə səhifələrində etdiyi paylaşımda bunları qeyd etmişdi: “Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur... Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir... Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!”

Bugünkü münasibətlərimizin təməlində dayanan Naxçıvan Sazişində nəzərdə tutulur ki, “beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi” TDT-nin əsas vəzifələrindən biridir. 2025-ci il oktyabrın 6-sı və 7-də Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğız, Qazaxıstan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti liderlərinin və TDT Baş katibinin iştirak etdiyi Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü üçün qədim Qəbələnin seçilməsi, əsla, təsadüfi deyil. Prezident İlham Əliyevin Zirvə Görüşündə qeyd etdiyi kimi, “Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl lV əsrdə əsası qoyulmuş və eramızın Vlll əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi”.

Əslində, bu bəyanat şanlı tariximizdən kifayət qədər xəbər verir. Bu fakt həm də Ermənistanın və ona himayədarlıq edən dairələrin onilliklər boyu Azərbaycan ərazisində qədim alban məbədlərini erməniləşdirmək və tarixi saxtalaşdırmaq cəhdlərinə ən tutarlı cavabdır. Yeni dünya düzəninin formalaşdığı və böyük dövlətlərin öz maraqları naminə beynəlxalq hüququ görməzdən gəldiyi indiki mürəkkəb dövrdə, Qəbələ Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması, ilk növbədə, onun mesajıdır ki, TDT ən azından regional müstəvidə bu vəzifəni öz üzərinə götürməkdə israrlıdır. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışında səsləndirdiyi növbəti bəyanat isə şahidi olduğumuz geosiyasi reallıqlar baxımından olduqca əhəmiyyətlidir: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir”.

Müasir dünyada güc amilinin açıq şəkildə önə çıxdığını və bəzi böyük dövlətlərin bundan sui-istifadə etdiyini nəzərə alaraq, Azərbaycan Prezidenti 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin ölkəmizdə keçirilməsi təşəbbüsünü irəli sürdü. Prezident İlham Əliyev, eyni zamanda, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin tarixi əhəmiyyətini növbəti dəfə xüsusi vurğulayaraq qeyd etdi ki, Azərbaycan irəli sürdüyü sülh gündəliyinə sadiqliyini bundan sonra da qoruyacaq. Dövlətimizin başçısı iki həftə əvvəl BMT kürsüsündən bildirdiyi kimi, TDT-nin 12-ci Zirvə Görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynamaqda davam edəcək. Azərbaycanın öz daxili resursları hesabına Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işlərinin miqyası, yaratdığı nəqliyyat-kommunikasiya infrastrukturunun təyinatı, son üç ildə Orta Dəhlizlə yükdaşımaların 90 faizə qədər artması bir daha ona dəlalət edir ki, Azərbaycan Cənubi Qafqazla yanaşı, bütövlükdə Avrasiyanı qarşılıqlı şəkildə faydalı olan iqtisadi əməkdaşlıq məkanına çevirməyi hədəfləyir. Bu siyasət, eyni zamanda, kifayət qədər geniş çoğrafiyada sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artıq özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiq etmiş Azərbaycan üçün Türk dünyası birliyinin möhkəmləndirilməsi bu gün də prioritet vəzifələrdən biridir. Prezident İlham Əliyev elə bu məqsədlə Qəbələ Zirvə Görüşündə başqa bir təşəbbüslə də çıxış etdi: “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm”.

Bu gün, bəlkə də heç vaxt olmamış qədər, TDT-nin beynəlxalq münasibətlər sistemində aparıcı faktorlardan birinə çevrilməsi üçün siyasi-hüquqi zəmin yaradılır. Ortaq tarixi və etnik köklərimiz, dil və din birliyimiz, milli-mənəvi dəyərlərimzlə yanaşı, Avrasiya məkanında nəqliyyat dəhlizlərinə nəzarət etmək və gəlirli tranzit ölkələrinə çevrilmək imkanını verən coğrafi üstünlüyümüz, təbii resurslarımız, ümumi demoqrafik vəziyyətimiz, ÜDM-i 2,1 trilyon ABŞ dollarına çatan iqtisadi potensialımız və ən başlıcası, yeni geosiyasi şəraitdə Liderlərimizin siyasi iradəsi buna tam təminat verir.

Bir tarixi həqiqəti də unutmamalıyıq. Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı nəticəsində yalnız ərazi bütövlüyü və suverenliyini, öz haqqını və beynəlxalq hüququn aliliyini təmin etmədi. Azərbaycanın möhtəşəm Qələbəsi həm də Türk ruhunun daha da güclənməsinə təkan verdi. Çünki bərpa olunan yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının qüruru, şanlı və ləyaqətli tarixidir! Ona görə də qardaş xalqlar və onların Liderləri tarixi Zəfərimizi həm də öz Qələbələri hesab edirlər. Qalib Azərbaycanın və onun Müzəffər Liderinin TDT məkanındakı birləşdirici mövqeyinə böyük ehtiramla, irəli sürdüyü təşəbbüs və təkliflərə xüsusi rəğbətlə yanaşılması həm də bu tarixi gerçəkliyə söykənir. Böyük mütəfəkkir Konfutsi dəyərli kəlamlarından birində vaxtilə belə demişdi: “Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər”.

Türk dünyası, tarixən olduğu kimi, yenidən ədalətə, sülhə və mərhəmətə xidmət edən Qütb ulduzudur! Türk dövlətlərinin hər biri bu Qütbün əmin-amanlıq və şəfqət saçan parçasıdır! Kimlərsə bundan narahat ola bilər, lakin bu, bərpa edilən tarixi gerçəkliyi dəyişə bilməz!

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri