Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edildi KONKRET

Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edildi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə qərar qəbul olunub.

Qərarda qeyd olunub:

“Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri tanıyaraq və çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birliyin və həmrəyliyin gücləndirilməsinə sadiqliyi təsdiq edərək 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İclasının Razılaşdırılmış Protokoluna əsasən, Dövlət Başçıları Şurası qərara alır.

1. Türk Dövlətləri Təşkilatının bayrağını və onun təsvirini 1 və 2 saylı əlavələrdə göstərildiyi kimi qəbul etmək.
2. Hazırkı Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türk Əməkdaşlıq Təşkilatlarının bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağı ilə uyğunlaşdırılmasına başlamaq və bu təşkilatların yenilənmiş bayraqlarını qəbul etmək”.

Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının bayrağının təsviri bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib.

Mavi fon təmiz səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir.

Səkkizbucaqlı əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.

Bərabər paylanmış qırx düz şüası olan günəş işığı, açıqlığı və həyat gücünü simvolizə edir. Şüalar Türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq və firavan gələcəyə aparan ortaq dəyərləri və ümumi baxışı təmsil edir. Türk dünyasında yaxşı tanınan aypara və ulduz türk dövlətçiliyini, inkişafı, gələcəyə istiqamətlənmiş arzuları və tərəqqini təmsil edir.

Bu elementlər Türk dövlətlərinin zəngin ortaq tarixinə əsaslanan TDT-nin dinamik və gələcəyə yönəlmiş ruhunu əks etdirir. Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsin və hərtərəfli əməkdaşlığın əsas simvollarını özündə cəmləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see233

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see223

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see132

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri