Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Türk dövlətləri üçün ortaq gələcək yaradılır

Türk dövlətləri üçün ortaq gələcək yaradılır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Özbəkistan Xəzər dənizində Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır". 

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib. Rəsmi Daşkəndin təşəbbüsü çərçivəsində, həmçinin "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisənin yaradılması nəzərdə tutulur. 

Bildirilir ki, bu addımlar Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılmasına və logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək.

“Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər etibarlı şəkildə inkişaf edir:

"Artıq hərbi sahəni də ümumi əməkdaşlıq və ortaq təhlükəsizlik məkanı kimi qiymətləndiririk. Gözümüzün önündə son dərəcə təhlükəli və gərgin proseslər baş verir. Görürük ki, praktiki olaraq artıq nə kiçik, nə də orta gücə malik dövlətlər risklərdən sığortalanıblar. 

Bu baxımdan, nəzərə alaq ki, bizim dənizlərə çıxışımız yoxdur, eyni zamanda dünya bazarlarına çıxış imkanlarımızda müəyyən çətinliklər və maneələr mövcuddur. Buna baxmayaraq, kommunikasiya imkanlarımızı şaxələndirməklə özümüz üçün daha əlverişli şərait yarada bilirik.

Hesab edirəm ki, Özbəkistan, Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatında ən önəmli rol oynayan ölkələr sırasındadır. Ümumilikdə isə Azərbaycan burada öncül funksiyanı öz üzərinə götürür. 

Çünki yaxın keçmişə nəzər salsaq, Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə qardaş xalqlara ruh verdi, onları öz güclərinə inanmağa sövq etdi. Biz öz gücümüzə inanaraq böyük bir qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik və dövlətimizin suverenliyini tam şəkildə bərpa etdik”.

Onun sözlərinə görə, bu transformasiya, keçid demək olar ki, qardaş xalqların həm düşünən beyinlərinə, həm də siyasi elitalarına ruh və güc verib:

“Odur ki, biz indi yeni müstəqillik mərhələsinə qədəm qoyuruq. Əlbəttə, dənizdə əməkdaşlıq da bizim üçün son dərəcə vacibdir. Bir çox dənizlərə çıxışı olmayan ölkələr xarici sahillərdə limanları icarəyə götürür, yaxud ərazilər satın alırlar ki, orada öz dəniz limanlarını qursunlar. Bununla da həm həmin proseslərdə, həm də dəniz daşımalarında onların da payı olsun.

İndi Xəzər hövzəsi qapalı olduğuna görə bizim buradan dünya okeanlarına çıxışımız yoxdur. Bəlkə də hələ yoxdur. Çünki Xəzər bölgəsindən İran vasitəsilə kanalın tikilməsi və Xəzərin birbaşa dünya dənizlərinə çıxışının təmin olunması ilə bağlı layihələr var. Hələlik bu, sadəcə layihədir. 

Ola bilsin ki, bu, daha çox illüziyalarla kəsişən bir baxışdır. Amma hər halda belə bir imkan yarana bilər. Əgər bu baş versə, bütün ətraf dövlətlər investisiya və texnoloji fəallıq baxımından özlərini daha geniş şəkildə nümayiş etdirə bilərlər. Amma hələlik belə bir imkan yoxdur və biz Xəzərdə mövcud olan imkanlardan maksimum istifadə etməliyik”.

Tofiq Abbasov qeyd edib ki, Özbəkistanın Xəzərdə əməkdaşlığa qoşulması bütün türk dövlətləri üçün önəmlidir:

“Birincisi, Azərbaycanın Xəzərdə güclü donanması var. Digər tərəfdən, biz dəniz sahilləri boyunca öz milli sərhədlərimizi etibarlı şəkildə qoruyuruq. Orada da təhdidlər, risklər var. Bunları nəzərə alaraq, dəniz qüvvələrimizin bacarıqlarını və döyüş qabiliyyətini daim yüksəldir, onları müasirləşdiririk.

O baxımdan, əlbəttə, Özbəkistanın da belə bir prosesdə iştirakı həm bizim, həm də onların, eləcə də bütün türk dövlətləri üçün önəmlidir. Çünki  Qazaxıstanın da, Türkmənistanın da Xəzərə çıxışı var. Türk dövlətləri olaraq onların da bacarıqları və hərbi dəniz qüvvələri mövcuddur. Əlbəttə, bu proseslərdə əməkdaşlıq və inkişaf meyilləri getdikcə daha da güclənir”.

Politoloq vurğulayıb ki, Çin, Rusiya və digər ölkələrin dəniz təlimləri yeni təhlükəsizlik reallıqları yaradır:

“Məsələn, Çin Xalq Respublikası, Rusiya Federasiyasının da çox böyük planları var. Vaxtaşırı onlar öz aralarında təlimlər keçirirlər. O təlimlərə İran da, Vyetnam da və digər ölkələr də qoşulur. Bu, ondan xəbər verir ki, dəniz və okean yolları da hamısı diqqət mərkəzindədir. Orada yükdaşımaları və dəniz ticarəti ilə bağlı qayğılar da daim yenilənir. 

Bu proseslərə həmişə hazır olmaq son dərəcə vacib əhəmiyyət kəsb edir.Yəni bunlar hamısı bizim ölkələr üçün vacib istiqamətlərdir ki, burada biz həm əməkdaşlığımızı gücləndirməliyik, həm də bacarıqlarımızı artırmalıyıq. Hər şeyin önündə gedən insan faktorudur. İnsan faktoru məhz bir çox məqamlarda mümkünsüz görünən məsələləri mümkünə çevirir, yəni onları reallaşdırır.

Ümumiyyətlə, bu məsələlərdə birgə yaradıcı potensial, birgə yaradıcı yanaşma öz həlledici rolunu oynayır. Mən elə başa düşürəm ki, birincisi, Özbəkistan bizim qardaş ölkədir, onun çox güclü intellektual potensialı var. Onlar da rəqəmsallaşma və süni intellektin istifadəsi sahəsində artıq perspektivli planlar hazırlayır, həm də onları tətbiq edirlər.

Bizdə də son illər ərzində Prezident İlham Əliyev vacib qərarlar qəbul edib ki, kiber təhlükəsizlik məsələləri əsaslı şəkildə işlənilsin və tətbiq olunsun. Nəhayət, süni intellektlə bağlı da artıq axtarış və nailiyyətlərimiz var. 

Yəni biz birgə səylərlə bütün bacarıqlarımızı bir nöqtədə kəsişdirə bilsək, paradiqmalarımız da üst-üstə düşər. Belə olan halda qazanclarımız da daha böyük və ümidverici olacaq. Odur ki, necə bu prosesləri davam etdirməliyik”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Türk dövlətləri Tofiq Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri