Icma.az
close
up
RU
Türk dövlətlərini həm risklər, həm də fürsətlər gözləyir MÖVQE

Türk dövlətlərini həm risklər, həm də fürsətlər gözləyir MÖVQE

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bugün Türk dövlətlərinin qarşısında həm ciddi risklər, həm də ciddi fürsətlər var. Bu risklər də əslində həmin o fürsətlərdən doğur. Çünki qlobal qarşıdurmalar gücləndikcə Rusiya, Çin və ABŞ arasında hegemonluq yarışı da şiddətlənir. Avropa da buradan özünə pay çıxarmağa çalışır və qoca qitənin əvvəlki hegemonluğunu yenidən diriltməyə cəhd göstərir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, belə olan halda dünyanın güc mərkəzi olaraq həm potensialına, həm də coğrafi-strateji mövqeyinə görə əsas diqqət mərkəzinə çevrilən bölgələr önəm qazanır: "Yaxın Şərqdəki mübarizə bunun təzahürüdür. Afrikanın bəzi ərazilərində, Şərqi Avropada və ən əsası Mərkəzi Asiya və Cənubi Qafqazda da bu mübarizənin daha da qızışacağı gözlənilir. Orta Dəhliz vasitəsilə formalaşacaq yeni dünya düzəni bu regionu iqtisadi və siyasi-strateji baxımdan daha da ön plana çıxarır. Bu səbəbdən güc mərkəzləri burada təsirlərini artırmağa çalışacaqlar və bu, bölgədə ciddi rəqabətə səbəb olacaq.

Bu isə eyni zamanda Türk dövlətləri üçün bir fürsət pəncərəsidir. Əgər Mərkəzi Asiya dövlətləri, Azərbaycan və Türkiyə birliyi gücləndirərsə və bu çağırışlara ortaq mövqedən cavab verərsə, balanslı və qarşılıqlı etimada əsaslanan əməkdaşlıqla bu fürsətlər düzgün qiymətləndirilə bilər.

Əks halda, əgər Türk dövlətləri birliyini qoruyub saxlaya bilməzsə, bu imkanlar əldən çıxa, fürsət qapısı bağlana və daha ciddi itkilərlə üzləşilə bilər.

Ona görə də Türk dövlətləri siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrlə yanaşı təhlükəsizlik məsələsini də daim ön planda saxlamalıdır. Hərbi baxımdan NATO formatına bənzər, vahid və koordinasiyalı birgə əməkdaşlıq platforması formalaşdırılmalıdır. Çünki təhlükəsizlik riskləri artdıqca bizə qarşı təzyiqlər də artacaq.

Sadəcə milli ordularla kifayətlənmək olmaz. Kəşfiyyat, polis və digər təhlükəsizlik strukturları səviyyəsində də əməkdaşlıq genişləndirilməlidir ki, hər hansı təhlükə yaranarsa, cavab vaxtında və effektiv şəkildə verilə bilsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri