Icma.az
close
up
RU
Türk dövlətlərinin birgə hərbi təlimləri niyə vacibdir? MÖVQE

Türk dövlətlərinin birgə hərbi təlimləri niyə vacibdir? MÖVQE

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.

Tədbirdə ən çox diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin TDT-yə üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığını nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirməsini təklif etməsidir.

Bəs, türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi hansı perspektivlər vəd edir? Bu, gələcəkdə TDT-nin hərbi ittifaqının yaranmasında hansı rola malik ola bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova bildirib ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının tarixində əlamətdar və mühüm bir mərhələ kimi yadda qalacaq:

"Qardaş ölkələrin liderlərinin bir araya gəldiyi bu mötəbər toplantı yalnız cari dövrün siyasi prosesləri baxımından deyil, həm də türk xalqlarının gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi nöqteyi-nəzərindən tarixi əhəmiyyət daşıyır. Zirvə Görüşü həm diplomatik və geosiyasi, həm də mədəni, iqtisadi və humanitar anlamda mühüm əhəmiyyətə malikdir. Toplantıda aparılan müzakirələr türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı etimadın və birliyin möhkəmlənməsinə xidmət edəcək".

"Bu görüş, həmçinin göstərdi ki, türk dövlətləri təkcə ortaq tarix və mədəni irs üzərində deyil, ortaq məqsədlər və gələcəyə yönəlmiş birgə vizyon əsasında birləşirlər. Müstəqil, güclü və inkişaf edən türk ölkələrinin bir araya gəlməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması baxımından da mühüm amildir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ortaq tarix, dil, din və mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir. Bu birliyin gücü yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi müstəvidə özünü göstərir. Türk Dövlətləri Təşkilatı bu dəyərlər üzərində formalaşaraq, müasir dövrün tələblərinə uyğun yeni əməkdaşlıq modelləri yaradır. Elm, təhsil, gənclər siyasəti, mədəniyyət və informasiya sahələrində görülən işlər türk xalqları arasında daha sıx əlaqələrin qurulmasına şərait yaradır", - deyə deputat vurğulayıb.

Parlamentari qeyd edib ki, Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bir sıra vacib məsələlərə toxunaraq, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətləri üzrə konkret və praqmatik təkliflər irəli sürüb:

"Dövlətimizin başçısının çıxışı təkcə strateji baxışın ifadəsi deyil, həm də türk birliyinin real mexanizmlərlə gücləndirilməsi istiqamətində yol xəritəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev təklif etdi ki, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, dövlətimizin başçısının bu təklifi türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması, regional sabitliyin möhkəmləndirilməsi və ortaq maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada sabitlik və təhlükəsizliyin təminatçısı olan strateji güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Dövlət başçısının bu xüsusi əhəmiyyətli təklifi həm də bir daha sübut edir ki, Azərbaycan regionda sülh, təhlükəsizlik və inkişafın təmin olunması üçün konkret təşəbbüslərlə çıxış edir".

"Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı yalnız keçmişin dəyərlərinə söykənmir, həm də gələcəyin siyasi və iqtisadi reallıqlarına cavab verən modern platformadır. Bu toplantı türk xalqlarının ortaq məqsədlər uğrunda birləşmək iradəsini, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətlərin davamlılığını növbəti dəfə təsdiqlədi", - deyə S.Salmanova əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrım da Oxu.Az-a açıqlamasında Türk Dövlətləri Təşkilatının bu gün ən qüdrətli dövrünü yaşadığını deyib:

"Təbii ki, burada da ən önəmli məsələ təhlükəsizliklə bağlıdır. Nəzərə alsaq ki, hər dövlətin müdafiə sənayesinə ayırdığı vəsait, əməkdaşlıq perspektivləri var, böyük bir potensialın olduğu göz önündədir. Hər bir dövlətin müstəqilliyini qoruyub saxlaması üçün onun müdafiə sənayesinin güclü olması son dərəcə vacibdir. Yəni bir tərəfdən, təhsil, iqtisadiyyat, ölkənin gələcəyi üçün atılan addımlar, digər tərəfdən - hərbi-müdafiə sahəsi".

"TDT-nin Qəbələdə keçirilən Zirvə görüşündə çox mühüm məsələlər müzakirə edildi. Bir növ təşkilatın gələcəkdə həmrəylik şəklində hansı addımlar atacağını ortaya qoyan layihələr gündəmə gəldi. Hər bir üzv dövlətin təqdim etdiyi çox vacib layihələr var. Bunlardan da biri təhlükəsizlik məsələləri ilə bağlı ön plana çıxdı. Təbii ki, region çox aktivdir. Qafqazda yeni reallıq yaranıb. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad edib. Eləcə də 2023-cü ildə bir günlük antiterror əməliyyatı ilə suverenliyini tam bərpa edib. Bu, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə də ruh yüksəkliyi verdi", - deyə türkiyəli deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, ən vacib məsələlərdən biri də Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasıdır:

"Burada həm də Zəngəzur dəhlizinin gələcəyi müəyyən edildi. Yəni dəhliz açılacaq və türk dövlətləri arasında birbaşa bağlantı olacaq. Bütün bunlar çox vacib irəliləyişlərdir. Lakin bu sadalananların hamısının reallaşması üçün regionda sabitliyə, qarşıdurmaların olmamasına ehtiyac var. Məhz bunun üçün də Türk Dövlətləri Təşkilatının birgə təlimlər keçirməsini vacib hesab edirik".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri