Icma.az
close
up
RU
Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı

Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

20-24 noyabr 2024-cü il tarixdə Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin Antalyada keçirilən 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısı keçirilib.

Turkustan.az xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə 80-ə yaxın aparıcı mütəxəssis iştirak edib. Toplantıda türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb sahəsində əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Toplantıda çıxış edən ölkə nümayəndələri öz ölkələrində ürək-damar cərrahiyyəsi, cərrahi təlim və xəstələrə qulluq sahəsində mövcud olan çatışmazlıqlar barədə məlumat verib, onların aradan qaldırılması istiqamətində yol xəritəsi müəyyən edilib, gələcəkdə həyata keçiriləcək təlimlərin əsası qoyulub.

Yeni yaradılmış Birlik Türk Dünyası ölkələrində ürək-damar cərrahiyyəsi sahəsində davamlı təhsil proqramları həyata keçirmək, bu ölkələrdən olan mütəxəssislərin qarşılıqlı təcrübə proqramlarında iştirakını təmin etmək üçün layihələr hazırlayıb. Layihə çərçivəsində həkimlər, tibb bacıları və perfuzionist mütəxəssislərin İstanbul və Ankarada 7-14 günlük təlim proqramlarında iştirakı planlaşdırılır. Bu layihələrin icrasına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən də dəstək veriləcək.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, Prof. Dr. Kamran Musayev Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılmasının Türk Dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumat mübadiləsinin daha sistemli aparılması üçün əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Məlumat üçün bildirək ki, Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılması təşəbbüsü 19-21 may 2023-cü ildə Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi zamanı "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masada irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see180

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see168

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see140

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri