Icma.az
close
up
RU
Türk Dünyası: Ortak Tarixdən Ortak Gələcəyə

Türk Dünyası: Ortak Tarixdən Ortak Gələcəyə

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarix və mədəniyyət baxımından min illərlə bir-birinə bağlı olan türk xalqları bu gün də ortaq yaddaş, dil və ideallar ətrafında birləşməkdədir. “Bizim ailəmiz türk dünyasıdır” ifadəsi sadəcə romantik bir söyləm deyil, tarixi və siyasi bir reallığın bərpa olunmasına çağırışdır. Türk dünyasının birliyi ideyası, XIX əsrdən etibarən siyasi-ideoloji formaya keçmiş, XX və XXI əsrlərdə isə konkret dövlət strategiyalarına çevrilmişdir. Bu baxımdan, türçülük və turançılıq ideologiyası, Azərbaycan Respublikasının xüsusilə Prezident İlham Əliyev dövründə bu istiqamətdə atdığı addımlar, Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti və bütün bu proseslərin doğurduğu nəticələr bir-biri ilə bağlı və qarşılıqlı təsir edən elementlərdir. Bütün bu mövzular vahid bir çərçivədə – türk ailəsinin dirçəlişində birləşir.

Türk dünyasının əsası Altay dağlarından başlayaraq Türküstan, Qafqaz, Anadolu və Balkanlara qədər uzanır. Ortaq mədəniyyət, dil, din və dəyərlər bu coğrafiyada yaşayan türkləri bir millət kimi formalaşdırmışdır. Tarixi türk dövlətləri – Hunlar, Göytürklər, Qızıl Ordu, Teymurlar, Səlcuqlar, Qaraqoyunlular, Aq Qoyunlular, Səfəvilər və Osmanlı İmperiyası və,s – bu ortaq şüurun təzahürləri kimi çıxış etmişlər. XIX əsrdə başlayan milli oyanış dövrü türklərin müstəmləkəçilik və imperiyalar çərçivəsində sıxışdırılmasına qarşı bir reaksiya idi. Azərbaycanda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Türkiyədə Ziya Gökalp və başqaları tərəfindən irəli sürülən türklük düşüncəsi, sonradan bütün türk xalqlarının mədəni və siyasi birliyi ideyasını gündəmə gətirdi. Bu birlik çağırışı yalnız siyasi deyil, həm də mənəvi bir ehtiyac idi – parçalanmış türklüyün yenidən birləşdirilməsi.

Türçülük ideologiyası, əsasən, eyni dilə, mədəniyyətə, tarixə və mənəvi dəyərlərə malik olan türk xalqlarının bir araya gəlməsi ideyasını daşıyır. Ziya Gökalp bu ideyanı “millət olmaq” formasında ifadə edirdi – təkcə etnik kimlik üzərində deyil, mədəni və mənəvi bağlarla birləşmiş bir vəhdət.

Türçülük, xüsusilə sovet və çar müstəmləkəçiliyi dövründə assimilyasiya siyasətinə qarşı bir ideoloji dirəniş forması almışdır.

Turançılıq isə daha geniş miqyaslı bir layihə kimi ortaya çıxmış, Altay mədəniyyətindən gələn bütün xalqların – türklərin, fin-uqorların, monqolların – birgə əməkdaşlığını nəzərdə tutmuşdur. Müasir reallıqda turançılıq əsasən türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi əməkdaşlıqla məhdudlaşsa da, bu ideyanın ilhamverici gücü bu gün də canlıdır. Türk Dövlətləri Təşkilatının qurulması, türkdilli ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsi, ortaq mədəni layihələrin həyata keçirilməsi, vahid informasiya platformalarının yaradılması bu ideologiyanın praktikaya keçmiş formalarıdır.

Zəngəzur dəhlizi XX əsrin əvvəllərində süni şəkildə parçalanmış türk dünyasını fiziki baxımdan yenidən birləşdirmək potensialına malikdir. Zəngəzur bölgəsi bir zamanlar Azərbaycanın ayrılmaz hissəsi olmuş, lakin sovet siyasəti nəticəsində Ermənistana verilmiş və bu, Azərbaycanla Naxçıvan arasında quru əlaqənin kəsilməsinə səbəb olmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü deyil, həm də regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu dəhlizin açılması təkcə Naxçıvanla Azərbaycanın birləşdirilməsi deyil, həm də Bakıdan başlayaraq Qars vasitəsilə İstanbula, oradan isə Avropa bazarlarına qədər uzanan yeni İpək Yolunun formalaşması deməkdir. Dəhliz eyni zamanda Türküstandan gələn enerji resurslarının Avropaya çatdırılmasını sürətləndirəcək, Azərbaycanın tranzit imkanlarını artıracaq, region dövlətləri arasında iqtisadi qarşılıqlı asılılığı gücləndirəcək. Bu mənada, Zəngəzur dəhlizi türk dünyasının inteqrasiyası üçün mühüm infrastruktur layihəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional gücə çevrilməyib, eyni zamanda türk dünyasının aparıcı dövlətlərindən biri olmuşdur. İlham Əliyev türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmış, Türk Şurasının gücləndirilməsində əsas rol oynamışdır. Onun “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi yalnız siyasi ritorika deyil, real fəaliyyətin nəticəsidir. Azərbaycan türk dövlətləri ilə ortaq tarixi irsin qorunmasına, türkologiyanın inkişafına və ortaq təhsil layihələrinin təşviqinə dəstək verir. Qarabağda aparılan yenidənqurma işləri, Zəngəzur dəhlizi ilə bağlı diplomatik səylər, beynəlxalq tədbirlərdə türk dünyası ilə bağlı verdiyi mesajlar, İlham Əliyevin bu ailənin mərkəzi fiqurlarından biri olduğunu bir daha sübut edir.

Türk dünyasının birliyi istiqamətində həyata keçirilən siyasətlər və təşəbbüslər artıq konkret nəticələr verməyə başlamışdır.

“Bizim ailəmiz türk dünyasıdır” ifadəsi bu gün həm siyasi, həm mənəvi, həm də strateji baxımdan məzmun kəsb edir. Azərbaycan bu ailənin həm coğrafi, həm də mənəvi baxımından mərkəzində durur. Türklüyün birliyi artıq yalnız arzuların yox, strateji planların və real fəaliyyətin predmetinə çevrilmişdir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan türk dünyası ilə daha sıx birləşir, Zəngəzur dəhlizi isə bu birliyin real və fiziki rəmzinə çevrilir. Bu birlik yalnız Azərbaycan üçün deyil, bütün türk xalqları üçün inkişaf, təhlükəsizlik və mənəvi yüksəliş deməkdir. Gələcəyin türk dünyası, bu gün atılan bu möhkəm təməl üzərində yüksəlməkdədir.

Sübhan Xıdırzadə

İzmir, Dokuz Eylül Universitetinin magistr tələbəsi

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində elan olunmuş “Bizim ailəmiz Türk dünyasıdır” adlı məqalə yarışına təqdim olunmuşdur və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://dogru.az
archiveBu xəbər 12 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri