Icma.az
close
up
RU
Türk dünyası qlobal miqyasda yeni hərbi siyasi güc rolunda Şərh

Türk dünyası qlobal miqyasda yeni hərbi siyasi güc rolunda Şərh

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Son illərdə dünyada qlobal idarəetmə sisteminin zəifləməsi və çoxtərəfli əməkdaşlıq anlayışının öz dəyərini itirməsi nəticəsində dünyanın müxtəlif bölgələrində hökm sürən münaqişə və böhranlar beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi təhdidlər yaratmaqdadır. Bu da beynəlxalq təşkilatların öz missiyasını effektiv şəkildə həyata keçirərək qlobal sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasına imkan vermir. Nəticədə qlobal miqyasda artan gərginliklər regional problemləri daha da mürəkkəb xarakterə salır. Yaranmış vəziyyətdə biz dünya ölkələrinin, xüsusən də kollektiv Qərbin gözlənilən təhlükəsizlik təhdidlərinə qarşı sürətlə silahlanmasını və hərbi güclərini artırmasını müşahidə edirik. Bu günlərdə Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə də əsas müzakirə məsələsi Avropanın yeni hərb strategiyasının hazırlanması və sürətlə silahlanması olub.

Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir. Tam suverenliyini bərpa edən Azərbaycan regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh naminə etimad quruculuğunun həyata keçirilməsi istiqamətində fəal siyasət yürüdür. Ölkəmizin strateji kursu beynəlxalq hüquq normalarına riayət olunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanır. Buna baxmayaraq, Azərbaycan Cənubi Qafqazda sülhün memarı və təminatçısı rolunda çıxış etsə də, dünyada baş verən proseslər bölgəmiz üçün də təhdidlər yarada bilər və belə çirkin niyyətləri həyata keçirməyə hazır olan qüvvələr də istisna deyil. Ona görə də dayanıqlı sülhü qorumaq üçün təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsinə ehtiyac var”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev, TDT-nin Qəbələdə keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin təşkilat üzvləri arasında hərbi sahədə əməkdaşlığın artırılması istiqamətində səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin TDT üzvləri arasında hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki mesajı beynəlxalq münasibətlər sistemində və yeni dünya nizamının formalaşmasında baş verən proseslərin gedişindən irəli gələn məsələdir:
“Təsadüfi deyil ki, TDT-nin Qəbələdə keçirilən Zirvə görüşü “Regional sülh və təhlükəsizlik” devizi altında keçirildi. Cənab Prezident çıxışında təsadüfən qeyd etmədi ki, təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

“Regional sülhə və əməkdaşlığa ancaq güclü təhlükəsizlik sistemi formalaşdırmaqla nail olmaq olar. Bunu dünyanın yeni reallığı tələb edir. Çünki bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. Bir sözlə, həm yerləşdiyimiz Türk coğrafiyasında, həm də bütövlükdə Avrasiyada uzunmüddətli və səmərəli əməkdaşlığa nail olmaq istəyiriksə, o zaman mütləq hərbi sahədə də əməkdaşlığı gücləndirməliyik”.

Deputat hesab edir ki, bundan sonra TDT təkcə siyasi, iqtisadi, humanitar sahələrdə deyil, eyni zamanda hərbi sahədə də əməkdaşlıqla bağlı ciddi addımlar atacaq:
“Bu da nəticə etibarilə TDT-nin həm də hərbi-siyasi güc kimi formalaşmasına öz töhfəsini verəcək. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu prosesdə də öndə gedəcək. Bununla da TDT dünyanın yeni nizamının və yeni təhlükəsizlik sisteminin yaranmasında ciddi aktor rolunda çıxış edəcək. Yalnız bunun sayəsində gələcək dünya nizamında, beynəlxalq təhlükəsizlik sistemində hər bir dövlətin maraqlarının nəzərə alınmasını təmin etmək mümkün olacaq”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri