Icma.az
close
up
RU
Türk dünyasının ortaq iradəsi və Budapeştdə yazılan gələcək

Türk dünyasının ortaq iradəsi və Budapeştdə yazılan gələcək

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

May ayının 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün həm siyasi, həm də iqtisadi önəmi olduqca böyükdür. Zaman gələcək bu Zirvə görüşü tarixi dönüş nöqtəsi kimi xatırlanacaq. Budapeştdə baş tutan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, təkcə bir diplomatik tədbir deyil, ortaq iradənin, qlobal iddianın və siyasi uzaqgörənliyin açıq təcəssümüdür. Dünya yeni geosiyasi düzənə qədəm qoyduğu bir dövrdə Türk Dövlətləri Təşkilatının dinamikliyi və birliyə doğru iradəsi daha da aktuallaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Budapeştdə keçirilən Zirvə görüşündəki çıxışı bu birliyin fəlsəfəsini, konturlarını və gələcək planlarını aydın şəkildə təqdim etdi. Əslində bu çıxış, türk birliyi konsepsiyasının müasir siyasi platformadakı təzahürüdür. Cənab Prezidentin çıxışı qarşılıqlı hörmət, suverenlik prinsipləri və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmuş münasibətlərin əsasını bir daha açıqladı: “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Bu cümlə bir neçə qatlı məna daşıyır: həm Azərbaycana sadiq tərəfdaş olaraq Macarıstanın dəyərləndirilməsi, həm də ümumi türk coğrafiyasında suverenliyə dayanan əməkdaşlıq modelinin ideal nümunəsi kimi Orban hökumətinin təqdimatı. Beləliklə, Azərbaycan bu modeli təkcə bölgədə yox, Avropada da tətbiq edir. Cənab Prezident İlham Əliyev çıxışında bir mühüm tarixi faktı da xatırlatdı – Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvəsinin 2023-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirildiyini: “Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.” Bu ardıcıllıq bir təsadüf yox, sistemli siyasi xəttin nəticəsidir. Şuşa – Azərbaycanın milli kimliyinin simvolu olduğu qədər Türk Dünyasının da ortaq mənəvi mərkəzidir. Budapeşt isə bu birliyin siyasi çevikliyini və coğrafi miqyasını genişləndirən bir məkan oldu. Yəni, artıq Türk Dövlətləri Təşkilatı təkcə coğrafi yaxınlıq deyil, həm də ideoloji yaxınlıq platformasına çevrilir. Azərbaycan Prezidentinin təşəbbüsləri təsadüfi addımlar yox, Türk dünyasının gələcək siyasi xəritəsini cızan strateji planlardır. Məhz buna görə də növbəti rəsmi Zirvə görüşünə ev sahibliyinin Azərbaycana həvalə olunması məntiqli və təbii bir qərardır: “Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.” Siyasi həmrəyliyi dayanıqlı edən əsas amil iqtisadi platformadır. Cənab Prezident İlham Əliyev bu reallığı çıxışının bir çox yerində ön plana çəkdi.

Azərbaycan nəinki üzv ölkələrlə iqtisadi əlaqələr qurur, eyni zamanda bölgədə nəhəng investisiya layihələrinin də lokomotividir: “Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.” Bu rəqəm sadəcə iqtisadi statistika deyil, türk ölkələri arasında qarşılıqlı inamın və birgə inkişafın rəqəmsal sübutudur. Buraya yalnız ticarət deyil, nəqliyyat, energetika və rəqəmsallaşma sahəsindəki tərəfdaşlıqlar da daxildir. Xüsusilə Orta Dəhliz layihəsi türk dünyasının qlobal ticarət sistemində iştirakını möhkəmləndirən strateji istiqamətdir. “Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir.” Bu faktlar göstərir ki, Azərbaycan artıq sadəcə tranzit ölkə deyil, yeni ticarət və logistik arxitekturanın memarıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun illik daşıma qabiliyyətinin 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Limanının genişləndirilməsi və Xəzər dənizindəki 50-dən çox ticarət gəmisinin xidmət göstərməsi – bütün bunlar bir məqsədə xidmət edir. Türk dövlətlərini qlobal bazarlara birləşdirmək. Budapeşt görüşündə Azərbaycan Prezidentinin xüsusi olaraq vurğuladığı məsələ isə COP29 çərçivəsində əldə olunan uğurlar idi. Bu, artıq Türk dövlətlərinin dünya iqlim gündəmində mühüm rol oynadığının bariz göstəricisidir: “Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır.” Bu saziş yalnız enerji əməkdaşlığı deyil, həm də Türk dünyasının “yaşıl diplomatiya”ya girişidir. Bu, həm də gələcək nəsillər üçün dayanıqlı iqtisadiyyat və ətraf mühit siyasətinin birgə qurulması baxımından strateji əhəmiyyət daşıyır. “Bakı sıçrayışı” ifadəsi COP29-un uğurlarını simvollaşdırdığı kimi, Türk dünyasının qlobal məsuliyyət daşıyan aktora çevrilməsinin də ideoloji şüarı kimi qəbul oluna bilər. Budapeştdə baş tutan görüş göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq mənəvi yaddaş birliyi ilə yanaşı, siyasi rasionalizm və iqtisadi koordinasiyanın nümunəsidir. Azərbaycan bu birliyin həm ruhuna, həm də strukturuna töhfə verən mərkəzi gücdür. Cənab Prezident İlham Əliyevin çıxışında ifadə olunan hədəflər və təqdim olunan rəqəmlər bir daha təsdiq edir: Türk birliyi artıq gələcəyin xəyalı deyil, bu günün siyasi reallığıdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri