Icma.az
close
up
RU
Türk ekspert: “Rusiya Azərbaycanla Ukrayna kimi davrana bilməz”

Türk ekspert: “Rusiya Azərbaycanla Ukrayna kimi davrana bilməz”

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya ilə Azərbaycan arasındakı gərginlik sadəcə bir sıra diplomatik kobud səhvlər və ya tələsik reaksiyalarla bağlı deyil. Əslində məsələ bundan qat-qat dərin və stratejidir”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi türk ekspert Dəniz Kaynakdır.

O, İranın “Mehr” Agentliyinə verdiyi müsahibəsində deyib ki, Azərbaycan uzun müddətdir ki, Moskvanın kölgəsindən çıxmaq və Qərb sisteminə yaxınlaşmaq üçün yeni təhlükəsizlik yolları və ittifaqlar yaratmağa çalışır. “Bakı da görünür, fürsət axtarır və Hindistan, İsrail, Körfəz ölkələri və ABŞ arasında formalaşan yeni yolda özünü təsdiqləmək niyyətindədir. Bu, formal pakt olmasa da, əməli müttəfiqliyə yol açır”.

Kaynak hesab edir ki, Rusiya alternativ yol axtaran postsovet ölkələrinə qarşı sərt münasibətə malikdir. “Rusiya öz sərhədlərində (Sovet İttifaqının sərhədləri) alternativ yola qoşulan və Qərb dövlətləri ilə müttəfiqliyə doğru irəliləyən ölkəyə dözməyəcək. Görünür, Rusiya Gürcüstan və Ukrayna kimi Azərbaycana güc yolu ilə nəzarət etmək fikrində deyil. Rus davranışının tipi göstərir ki, o, hazırda düşmənçilik etməyə meylli deyil və Gürcüstan və Ukrayna kimi Azərbaycanla məşğul olmaq istəmir”.

Türk ekspert vurğulayıb ki, Azərbaycanın Avropanı qazla təmin etməkdə əsas oyunçu kimi meydana çıxması Rusiyanın Qərbə qarşı ən təsirli rıçaqlarından birini aradan qaldıra bilər. “Ticarət dəhlizi müharibəsi də xüsusi əhəmiyyət kəsb edir. Ermənistan və Türkiyə vasitəsilə deyil, Zəngəzur dəhlizi ilə alternativ marşrut təklifi Azərbaycanı başqa xarici siyasət oyununa yönəldir. Ona görə də ən mühüm məsələ ondan ibarətdir ki, Bakı öz geosiyasi mövqeyini nəzərə alaraq, gələcəkdə Moskvanın qəzəbinə səbəb ola bilər. Lakin Rusiyanın Azərbaycanla Ukrayna kimi davranması mümkün deyil”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri