Icma.az
close
up
RU
Türk hərbçilərin şəhid olduğu mağarada nə baş verib? Detallar FOTO

Türk hərbçilərin şəhid olduğu mağarada nə baş verib? Detallar FOTO

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında həyata keçirdiyi Pençe-Kilit əməliyyatı bölgəsində baş verən metan qazı zəhərlənməsi ölkəni yasa boğub. 12 əsgərin şəhid, 7 əsgərin isə yaralanması ilə nəticələnən faciə ilə bağlı Müdafiə Nazirliyi dərhal araşdırma başladıb.

Milli.Az xəbər verir ki, mənbələrdən əldə edilən məlumata görə, hadisə 6 iyul 2025-ci ildə Avaşin bölgəsində, 852 metr yüksəklikdə yerləşən və vaxtilə terrorçular tərəfindən xəstəxana kimi istifadə edilmiş mağarada baş verib. Həmin mağarada şəhid Piyada Baş Leytenant Nuri Melih Bozkurtun cəsədinin ola biləcəyi ehtimalı ilə axtarış işləri aparılıb.

Əvvəllər təmizlənmiş və təhlükəsiz elan olunmuş mağaraya daxil olan əsgərlər gözlənilmədən metan qazına məruz qalıblar. Zəhərlənmə nəticəsində çavuş Abdurrahman Akdoğan saat 09:58-də şəhid olub. Cəmi 2 dəqiqə sonra, leytenant Ege Akar da həyatını itirib. Ard-arda gələn acı xəbərlərlə şəhid sayı 12-yə çatıb.

Zəhərlənmə xəbərindən sonra bölgəyə dərhal AFAD, TSK və mədən mütəxəssislərindən ibarət xüsusi təchizatlı komanda göndərilib. Yaralı əsgərlər xəstəxanaya çatdırılsa da, 12 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ekspertiza nəticələrinə əsasən, heç bir səhlənkarlıq və ya qəsd izinə rast gəlinməyib. Eyni zamanda bildirilib ki, bu hadisənin "Terrordan Azad Türkiyə" prosesinə qarşı planlaşdırılmış sabotaj olması ehtimalı da yoxdur.

Şəhid olan əsgərlərin adları

Baş Çavuş Abdurrahman Akdoğan

Leytenant Ege Akar

Müqaviləli Piyada Mahsun Yeşildemir

Müqaviləli Piyada Özkan Özkanlı

Müqaviləli Piyada Əhməd Kuşak

İstehkam Leytenantı Ege Akar

Piyada Leytenant Furkan Sert

Baş Qərargah Baş Çavuş Fikrət Manqurə

Qərargah Çavuşu Enver Yaman

Qərargah Çavuşu Kani Obi

Müqaviləli Əsgər Celalettin Uyanık

Müqaviləli Əsgər Əhməd Gültekin

Fidan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 İyul 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri