Türk kinosunun unudulmaz siması Recep Bülbülses vəfat etdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə kino sənayesinin tanınmış simalarından olan Recep Bülbülses dünyasını dəyişib.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Məlumata görə, uzun müddətdir astma xəstəliyindən əziyyət çəkən aktyor nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bülbülses 60 yaşında vəfat edib.
Qeyd edək ki, Recep Bülbülses sənət yoluna 1983-cü ildə çəkildiyi "Kardeşim Benim" filmi ilə başlayıb. Karyerası ərzində 60-dan çox filmdə rol alıb. "Yeşilçam" əfsanələrindən biri olan aktyor kino fəaliyyətində enişlər yaşadıqdan sonra musiqi sahəsinə yönəlmişdi.
Baxış sayı:85
Bu xəbər 04 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















