Icma.az
close
up
RU
Türk mədəniyyəti və birliyi ADF 2026 nın diqqət mərkəzində

Türk mədəniyyəti və birliyi ADF 2026 nın diqqət mərkəzində

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19 aprel 2026-cı il tarixində Antaliya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Dil və kimliyin bir əsri: Bakı Türkologiya Qurultayından türk inteqrasiyasına doğru” adlı panel sessiyada çıxış edib.
Fondun prezidenti türkologiyanın elmi əsaslarının formalaşmasında və ortaq mədəni kimliyin möhkəmləndirilməsində Birinci Bakı Türkologiya Qurultayın mühüm rolunu vurğulayıb. Professor Aktotı Raimkulova, həmçinin UNESCO tərəfindən “15 dekabr – Türk dili ailəsi günü”nün elan edilməsinin türk dil irsinin beynəlxalq səviyyədə tanınması baxımından vacib addım olduğunu qeyd edib.
Aktotı Raimkulova bu kontekstdə Fondun həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdıraraq, bərpa və muzeyləşdirmə layihələri, beynəlxalq konfranslar, elmi nəşrlər və rəqəmsal platformanı xüsusilə qeyd edib. O, eyni zamanda Fondun UNESCO platformasında fəal fəaliyyətini və genişmiqyaslı mədəni layihələrin təşviqini vurğulayıb.
Aktotı Raimkulova qeyd edib: “Bu gün həyata keçirdiyimiz bir çox ideyalar hələ təxminən yüz il əvvəl dövrün görkəmli alim və ziyalıları tərəfindən irəli sürülmüşdür". O əlavə edib ki, cari ilin dekabr ayında Türk Mədəniyyəti və İrsi Fondu üzv dövlətlərin dəstəyi ilə Parisdə, UNESCO-nun baş qərargahında Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş genişmiqyaslı tədbir keçirməyi planlaşdırır.
Paneldə, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKPA-nın Baş katibi Ramil Həsən və Türk Dil Qurumunun prezidenti Osman Mert iştirak ediblər.
Panel sessiyası türk dünyasında humanitar və mədəni əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirəsi və fikir mübadiləsi üçün mühüm platforma olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri