Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondundan Macarıstanda tarixi addım

Türk Mədəniyyəti və İrsi Fondundan Macarıstanda tarixi addım

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) Macarıstanda yerləşən ortaq mədəni irs nümunələrinin qorunması, rəqəmsal mühitə köçürülməsi və beynəlxalq səviyyədə tanıdılması məqsədilə geniş tərkibli işgüzar səfər həyata keçirib. Səfər çərçivəsində Budapeştdən Szigetvára qədər uzanan marşrut üzrə yüksək səviyyəli diplomatik görüşlər, eləcə də abidələrə yerində texniki baxışlar təşkil olunub.

Turkustan.az xəbər verir ki, Fondun Layihə rəhbəri Nuri Aksunun sədrliyi ilə səfərdə iştirak edən, Evren Rutbil (IICAS), Osman Özsoy (Türk Dünyası Fondu) və memarlıq üzrə mütəxəssis Hasan Fevzi Çüğəndən ibarət nümayəndə heyəti ilk olaraq Türkiyə Respublikasının Budapeştdəki fövqəladə və səlahiyyətli səfiri Gülşən Karanis Ekşioğlu ilə görüşüb. Görüşdə Fondun Macarıstanda nəzərdə tutulan layihələri təqdim edilib, Səfirliyin dəstəyi ilə həyata keçirilə biləcək akademik və rəqəmsal əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmin gün nümayəndə heyəti Gül Baba Fonduna da səfər edərək Fondun müavin direktoru cənab Gábor Pálfi ilə görüş keçirib. Görüş zamanı Gül Baba Türbəsi və Özicəli Hacı İbrahim məscidi üzrə skanlama və vizuallaşdırma işlərinin aparılması üçün may ayının daha münasib olduğu bildirilib, fotoqrammetriya və dron çəkilişləri ilə bağlı rəsmi icazə mexanizmləri və texniki detallara dair məsələlər nəzərdən keçirilib.

Səfərin ikinci günündə Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyində Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə dövlət katibi xanım Anita Kiss-Hegyi ilə görüş keçirilib. Görüş zamanı birgə sərgi layihələrinin hazırlanması, eləcə də rəqəmsal irsə dair məlumat bazalarına əlçatanlığın təmin edilməsi məsələləri üzrə razılaşmalar əldə olunub. Ardınca nümayəndə heyəti Macarıstan Milli Muzeyində təşkil olunmuş “Atilla” sərgisi ilə tanış olaraq Orta Asiya və Hun tarixinin muzeyçilik baxımından təqdimatı ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb. Daha sonra Eszterqoma yollanan TMİF nümayəndələri hazırda muzey kimi fəaliyyət göstərən Özicəli Hacı İbrahim məscidinə və tarixi Estergon qalasına yerində baxış keçirərək, bu abidələrdə tətbiq olunan bərpa və ekspozisiya yanaşmalarını dəyərləndiriblər.

Səfərin üçüncü günü Macarıstanın müxtəlif şəhərlərində mövcud olan türk irsi nümunələrinin araşdırılmasına həsr olunub. TMİF heyəti Macarıstanın Nəqliyyat və Tikinti Nazirliyində Abidələrin və Mədəni İrsin Qorunması üzrə dövlət katibinin müavini xanım Krisztina Deák və onun komandası ilə görüş keçirib. Görüşlərdə üçölçülü skanlama layihələri, milli irs qeydiyyat sistemləri və e-miras platforması müzakirə edilib, həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq fəaliyyətləri ətraflı təqdim olunub.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində Təhsil, Təqaüd Proqramları, Mədəniyyət və Elm Diplomatiyası üzrə dövlət katibinin müavini cənab Ádám Szűcs ilə keçirilən yüksək səviyyəli görüşlərdə Mohaç Meydan Müharibəsinin 500 illiyi ilə bağlı tədbirlər və mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi strateji əhəmiyyətli layihələr müzakirə edilib.

Heyət Érd şəhərində yerləşən Hamza bəy məscidinin minarəsini ziyarət edərək bələdiyyə sədri doktor László Csőzik ilə görüşüb. Abidənin rəqəmsal sənədləşdirilməsi və ətraf ərazinin mədəni və rekreasiya zonası kimi yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TMİF nümayəndə heyəti Székesfehérvár şəhərində yerləşən Osmanlı hamamının qalıqlarına yerində baxış keçirərək bələdiyyə sədrinin müavini cənab Zsolt Lehrner ilə birlikdə abidənin mövcud vəziyyətini və qorunma imkanlarını müzakirə edib. Səfər çərçivəsində Pécs şəhərində İdris Baba Türbəsi, Yakovalı Hasan Paşa və Kasım Paşa məscidləri, həmçinin Osmanlı dövrünə aid hamam qalıqları da ziyarət olunub. Bununla yanaşı, Milli İrsin Qorunması və İnkişafı üzrə Qeyri-kommersiya Cəmiyyətinin nümayəndələri tərəfindən mədəni irsin mühafizəsi və idarə olunması sahəsində görülən işlərə dair ətraflı təqdimat verilib.

Səfər çərçivəsində Szigetvár şəhərində Əli Paşa məscidi, Sultan Süleyman məscidi və Qanuni Sultan Süleymanın türbəsinin yerləşdiyi qazıntı sahəsinə baxış keçirilib, həmçinin Türk–Macar Dostluq Parkı və Türk Evi Muzeyi ziyarət olunub. Proqramın sonunda Budapeştdə TİKA-nın koordinatoru cənab Fatih Yoldaş ilə yekun qiymətləndirmə görüşü təşkil edilib və Macarıstanda türk irsinin rəqəmsal sənədləşdirilməsinə yönəlmiş mümkün birgə layihələr ətrafında müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri