Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı

Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

23-24 yanvarın tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü baş tutub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.

Öncə Fondun prezidenti Aqtotı Raımkulova qonaqları salamlayıb və 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, Fond tərəfindən 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Aqtotı Raımkulova bir sıra mühüm layihələri qeyd edib:
Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası 2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk Mədəniyyəti İrsinin Kataloqunun hazırlanması, Beşinci Dünya Köçərilər Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyət irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının keçirilməsi, "Türk Dünyasının Məşhur Şəxsiyyətləri", "Türk ədəbiyyatının Zərgərləri", "Türk Dünyasının Elmi Xəzinələri" adlı kitab seriyalarının nəşr edilməsi, Bakıda "Türk Dünyası tarixi və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda beynəlxalq konfransın təşkili, Parisdəki UNESCO qərargahında türk dünyasının görkəmli  alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi...

İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Yanvar 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri