Icma.az
close
up
RU
Türk müğənninin Bakı konsertindən imtinasının pərdəarxası Əsl səbəb...

Türk müğənninin Bakı konsertindən imtinasının pərdəarxası Əsl səbəb...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçiriləcək konsert üçün ölkəyə gələn türkiyəli müğənni Rza Tamerin səhnəyə çıxmamaq qərarı sosial mediada böyük rezonans doğurub. Müğənni açıqlamasında səhnəyə çıxmama səbəbi kimi Azərbaycanda Türkiyə lirəsinin qəbul edilməməsini göstərsə də, konsertin keçirilməsi üçün əvvəlcədən ödənişin dollarla – yəni beynəlxalq valyutada həll olunduğu bildirilir. Bu hadisə həm valyuta fərqləri, həm də kommunikasiya problemlərinin ortaya çıxardığı maraqlı bir situasiyanı göz önünə gətirir.

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, görünür, həmin şəxs üçün bu, ilk belə vəziyyətdir.

Onun sözlərinə görə, dünyada iqtisadi qanunlara görə hər bir ölkədə alış-veriş əməliyyatları əsasən həmin ölkənin milli valyutası ilə həyata keçirilir:

“Xüsusi turistik zonalarda isə ABŞ dolları, avro və Çin yuanı kimi beynəlxalq valyutalar qəbul olunur. Bu da əsasən turistik bölgələrdə və ya vergi təşviqi olan ərazilərdə, məsələn, aeroportlardakı dükanlarda müşahidə edilir. Lakin başqa bir ölkənin valyutasının qonşu ölkədə yüz faiz qəbul olunması, xüsusən mağazalarda, qeyri-adi haldır. Bu səbəbdən də bir qonağın valyuta ilə bağlı yaşadığı anlaşılmazlıqdan sonra ölkəni tərk etməsi və ya konserti yarımçıq qoyması subyektiv yanaşmadır. Düşünürəm ki, burada əsas faktor həmin şəxsin iqtisadiyyatdan uzaq olması və musiqiçi kimi xarici təcrübəsinin azlığıdır”.

Həmçinin oxuyun:

İlham Əliyev Çin telekanalına müsahibə verdi – FOTO

Kənan Quluzadə

Kənan Quluzadə hazırda qardaş ölkə Türkiyədə olduğunu, özünün də maraqlı hadisə ilə rastlaşdığını qeyd edib:

“Dünən axşam restoranlardan birində yemək sifariş etdim. Ödəniş üçün yalnız viza kartım var idi, nağd lirə yox idi. Onlar bildirdilər ki, Türkiyədə bəzi yerlərdə nağd valyuta ilə ödəniş prioritetdir və kartla ödəniş qəbul edilmir. Yəni Türkiyənin özündə də başqa ölkənin valyutası qəbul olunmur və bu, təbii haldır. Yəni belə bir vəziyyətin yaranması əsasən subyektiv yanaşmadan və həmin şəxsin xarici qastrol təcrübəsinin azlığından irəli gəlir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri