Türk ordusu Hələb yaxınlığında kürd mövqelərini atəşə tutur VİDEO
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın Hələb vilayətinin ətraf rayonlarında hərbi vəziyyət yenidən kəskinləşib.
Yerli KİV-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Hələb ətrafında kürd qüvvələrinə məxsus mövqeləri artilleriya atəşinə tutub. Eyni zamanda, bölgədə Suriya Demokratik Qüvvələri ilə Suriya hökumət ordusu arasında toqquşmalar davam edir.
Məlumatlara görə, qarşıdurmalar nəticəsində mülki əhali arasında xəsarət alanların sayı artmaqdadır, bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır. Döyüşlərin getdiyi ərazilərə əlavə hərbi kolonların cəlb edildiyi də bildirilir.
Son məlumatlara əsasən, toqquşmalar zamanı şəhərdə yerləşən xəstəxanalardan biri atəşə tutulub, mərmilərin düşdüyü ərazilərdə yanğınlar baş verib. Bu isə mülki infrastruktura ciddi ziyan dəydiyini göstərir.
Hələlik rəsmi qurumlar hadisələrlə bağlı geniş açıqlama yaymayıb. Vəziyyət gərgin olaraq qalır. \\Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Dekabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















