Icma.az
close
up
RU
Türk ordusu iki ölkədə hərbi əməliyyatların yeni formatını hazırlayır

Türk ordusu iki ölkədə hərbi əməliyyatların yeni formatını hazırlayır

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Ankara Suriya və İraqda əməliyyatların yeni formatını nəzərdən keçirir.
Reyting.az
xəbər verir ki, bu barədə "Kommersant" yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur ki, Türkiyə oktyabrın 26-da Kürdüstan Fəhlə Partiyasının (PKK) qüvvələrini öz ərazisindən çıxarıb Şimali İraqa yerləşdirəcəyini elan etdikdən sonra Ankara Suriya və İraqdakı hərbi missiyalarını yenidən formatlamağı düşünür.
“Kommersant”-ın Türkiyə prezident administrasiyasının kommunikasiya şöbəsinə yaxın mənbəsi izah edib ki, Türkiyənin xaricdəki hərbi mövcudluğunun gələcəyi ilə bağlı daxili müzakirələr davam edir, lakin ümumən Ankar Suriya və İraqdan mümkün təxliyəyə torpaq itkisi kimi baxır. Onların əsas səbəbi olan PKK-nın fəaliyyəti aradan qalxsa da, missiyaları davam etdirmək Ankaranın maraqlarına uyğundur.
Qeyd olunur ki, “Türkiyənin Suriya və İraqdakı hərbi varlığı “mümkün olduqda yenidən formatlaşdırılacaq”. Türkiyə prezident administrasiyasının kommunikasiyalar şöbəsinə yaxın mənbə “Kommersant”a müsahibəsində PKK-nın Ankara ilə silahlı münaqişəyə son qoymaq üçün atdığı yeni addımları şərh edərkən bunu etiraf edib.
“Qeyri-rəsmi olaraq, hərbi obyektlər (Suriya və İraq torpaqlarında - “Kommersant”) regional rəqabətə təsir etməyə imkan verən aktivlər olaraq qalır, ona görə də (türk qoşunlarının - “Kommersant”) çıxarılması mövqe itkisi kimi qiymətləndirilir”,- “Kommersant”-ın mənbəsi izah edib.
Onun sözlərinə görə, türk elitası xaricdə hərbi əməliyyatlara ayrılan xərclərin azaldılması ilə bağlı müzakirələr aparır, lakin təhlükə mənzərəsinin qaldığına dair “aydın anlaşma” var.
“Birincisi, PKK-nın Suriya qanadı olan “Xalq Mühafizə Birlikləri” öz qaydalarına əməl edir, - “Kommersant” mənbəsi qeyd edib. - “İkincisi, İŞİD-in “reenkarnasiyası” riski və PKK-nın İraq elitası ilə çoxsaylı əlaqələri ucbatından İraqdakı vəziyyət qeyri-müəyyən olaraq qalır”.
“Kommersant”-ın mənbəsi onu da qeyd edib ki, PKK daxilində tərksilah prosesi ilə qəti şəkildə razılaşmayan və silahlı müqaviməti davam etdirməyi planlaşdıran qruplar var.
40 ildən artıqdır ki, kürdlərin hüquqları uğrunda silahlı mübarizə aparan PKK, həmin təşkilatın qurucusu, Türkiyədə ömürlük həbs cəzası çəkən Abdullah Öcalanın çağırışı ilə mayın 12-də ləğv olunub. Oktyabrın 26-da təşkilat daha bir addım ataraq, bütün qüvvələrini Türkiyə ərazisindən çıxardığını rəsmən elan edib. Şimali İraqın dağlıq bölgəsində keçirilən mərasimdə PKK-nın səhra komandirləri “getdikcə daha ciddi təhlükələri aradan qaldırmaq üçün yeni əməli addımlar atmaq” və “azad, demokratik və qardaş həyatın əsaslarını qoymaq” niyyətlərini açıqlayıblar. PKK aydınlaşdırıb ki, onun qüvvələri də Türkiyə sərhədi boyunca “potensial münaqişə və ya təxribat təhlükəsi olan” mövqelərdən geri çəkilib.

PKK-nın Türkiyə ilə həmsərhəd bölgələrdə olması Ankaranın on ildən artıqdır ki, İraq və Suriyada hərbi əməliyyatlar keçirməsinin əsas rəsmi səbəbi olub.
Oktyabrın 21-də keçirilən plenar iclasında Böyük Millət Məclisi (parlament) bu missiyaların hərbi mandatını daha 3 il uzadıb. Bu, prezident Rəcəb Tayyib Ərdoğanın tələbi ilə olub. Ərdoğan qeyd edib ki, PKK və İŞİD özəklərinin Türkiyə sərhədləri yaxınlığında mövcudluğu “regional sülh, sabitlik və təhlükəsizliyə birbaşa təhdiddir”.
Bu qərar Cümhuriyyət Xalq Partiyasının təmsil etdiyi müxalifətin tənqidinə səbəb olub, onun üzvləri Türkiyə hərbçilərinin İraq və Suriyada saxlanmasının PKK ilə sülh prosesinin mahiyyətinə zidd olduğuna inanırlar.
Ancaq görünür, Türkiyə rəhbərliyi burada heç bir ziddiyyət görmür. Prezidentin tərəfdarı Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi sözçüsü Ömər Çelik PKK-nın tərksilah edilməsini “Terrorsuz Türkiyə” dövlət proqramının həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirib.
Çelik “X” sosial media platformasında yazıb: “Türkiyədə PKK elementlərinin, eləcə də onun bölgədə, xüsusilə də İraq və Suriyada yerləşən silahlı və qeyri-qanuni strukturlarının aradan qaldırılması və daha da tərksilah edilməsi Türkiyənin terrordan azad edilməsi prosesinin əsas prinsipləridir”.
Deputat qeyd edib ki, “regiondakı xaotik siyasətin arxasında müəyyən xarici qüvvələr dayanır”. O, bu qüvvələri bağlı dəqiqləşdirmə aparmayıb.
Yeri gəlmişkən, PKK-nın tərksilah prosesi Ankaranın qonşularını sakitləşdirməyib.
Türkiyədə fəaliyyət göstərən və ümumi sayının 200-300 arasında olduğu təxmin edilən yaraqlılar indi qruplaşmanın qərargahının yerləşdiyi Şimali İraqa köçürüləcək. İraq parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri artıq PKK döyüşçülərinin axınının milli təhlükəsizliyə necə təsir göstərə biləcəyini qiymətləndirmək üçün baş nazir Məhəmməd əl-Sudaniyə müraciət ediblər.
Komitə üzvü Muxtar əl-Musəvi Türkiyədə fəaliyyət göstərən PKK yaraqlılarının “regional münaqişələrin tərəfi” olmaqdan yorulan İraq tərəfindən deyil, Suriya, İran və ya Cənubi Asiya ölkələri tərəfindən qəbul edilməli olduğuna əminliyini bildirib.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri