Icma.az
close
up
RU
Türk serialında Azərbaycan tarixi alçaldılır SƏBƏB?

Türk serialında Azərbaycan tarixi alçaldılır SƏBƏB?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Osmanlı mənbələrində Gövhərşah xatun, Avropa və Azərbaycan mənbələrində Sara və yaxud Saray, Sarə xatun kimi adlanan və Ağqoyunlu hökmdarı Həsən Padşahın anası kimi tarixdə mühüm rolu olan bir qadındır.

“Mehmed: Fetihler Sultanı” serialında Sara xatun ilə Sultanın görüşünə dair səhnəyə baxdım. Açığı deyim, türk seriallarında bacardıqca Azərbaycan türkləri və Azərbaycan dövlətçiliyi barədə düzgün olmayan ifadələr səslənir. Çoxsaylı yanlışlıqlar var və bunlar aşağıdakılardır:

1) Geyim:

Serialda Sara xatunun geyimi də tamam yanlış göstərilir.

Sara xatunun geyimi tünd qırmızı, firuzəyi və göy rənglərdə olurdu, Geyimlərin üzərindəki bəzəklər, bitki formalı naxışlar və xətt elementləri adətən qızılı və ya gümüşü saplarla işlənilirdi. Məhz serialda qara geyimdən fərqli olaraq Sara xatun həmin görüşdə, mənbələrdə yazılır ki, təmkinli, müdrikliyi ifadə edən ağ və krem rəngli baş örtüklərindən istifadə edib.

Sara xatun da başını böyük ipək çarqatla örtür, onun üzərindən isə bəzən qiymətli daşlarla bəzədilmiş baş bəzəyi və ya araqçın qoyurdu. Bu, onun həm dindar, həm də ciddi bir dövlət xadimi obrazını tamamlayırdı.

Köynəyin üzərindən bədənə oturan, qolları düz və ya dirsəyə qədər olan arxalıq taxılırdı. Sara xatun bəzən arxalığın üzərindən "nimtənə" adlanan, önü açıq və qısaqol gödəkçələr də geyinirdi. Protokol geyimi olan cübbələr yerə qədər uzanır, ön tərəfi qiymətli düymələrlə və ya zərif bağlarla bağlanırdı. Diplomatik qəbullarda bu cübbələrin çiyin və yaxa hissələrinə xüsusi naxışlar vurulurdu.

Yəni serialda olduğu kimi qara geyimdə deyil idi.

Serial onun bu geyim ilə fars-məhzəbçi kimi göstərməyə cəhd edir. Lakin bu belə deyildi. Dövrün zadəgan Türk xanımlarının çoxu Sara xatundan açıq rənglər geyinməyi öyrəniblər. Serialdakı geyim isə Osmanlı saxtakarlığıdır, Xatunu və bizim tariximizi aşağılamağa yönəlib.

2) II Mehmed ona “Validəm” deyib, lakin serialda “Ağqoyunlu dövlətinin qadın sultanı” sözünü deməsini verməyiblər. Çünki Şərq və Qərb ölkələrində bu cürə tanınan şəxsiyyətə diplomatik qanunlara görə müraciət edilirdi. Çünki Sara xatun təkcə hökmdar Anası deyil idi. Şairləri, ədibləri, elm xadimlərini himayə edən Sara xatun çox sayda məscid, imarət tikdirmiş, su kanalları çəkdirmiş, dağılmış zaviyyə və karvansarayları təmir etdirmişdi.

Hazırda Anadoluda Harput şəhərində yerləşən Buğday məscidi və Cəmşid hamamı Sara xatunun adını daşıyır. Harpudun ən böyük məscidi olan Buğday məscidi şəhərin tam ortasında meydanda yerləşir. Kəlkitdə yerləşən zaviyə də Sara xatunun adını daşıyır. Zaviyənin üzərində “Sara Xatun valideyi Uzun Həsən” kitabəsi qorunub saxlanılır.

3) Sara xatunla Sultan arasında dialoqda serialdan çıxarılan söz də var.

Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq olub:

-Ay oğul, Trabzona bu qədər zəhmət niyə çəkirsən? Osmanlı ordusu hündür dağlardan, sıldırım yamaclardan, meşələrdən çətinliklə keçə bilir. Sən buranı gəlinimə bağışla və geri qayıt.

Ona cavab olaraq Sultan deyir:

-Ay ana, bu zəhmət din yolundadır. Çünki əlimizdə İslamın qılıncı var. Bu əziyyəti çəkməsək, bizə qazi demək yalan olar.

Sara xatun isə:

"Oğul, bu zəhmət sadəcə bir qala üçün deyil. Bu, İslam bayrağını ucaltmaq və gələcəkdə iki qardaş dövlətin bir-biri ilə savaşmasının qarşısını almaq üçündür.

4) Hədiyyələr

Sara xatun Sultan II Mehmedə Ağqoyunlu ölkəsinin ən nadir töhfələrini — cins ərəb atları, Təbriz ustalarının hazırladığı qiymətli silahlar, zərif ipək parçalar və xalçalar gətirmiş idi. Lakin serialda bu da göstərilmir.

5) Ağqoyun yoxsa Ağ-qoyon

Serialda Sara xatunun qarşılanması zamanı “Ağ qoyun kəsildimi”, “Ağ çadır quruldumu” və sairə fikirlər səslənir. Oğuz törəsinə görə ağ qoyun kəsilməsi qələbə qazanıldıqda, bəylik taxtına oturduqda, mühüm bir sülh əldə edildikdə və ya böyük bir qurultay toplananda baş verirdi. Ssenaridə Ağqoyunlu dövlətindən bəhs edilərkən, onların bayrağındakı və tayfa simvolundakı "Ağ qoyun" toteminə tez-tez eyham vurulur. "Ağ qoyun kəsildimi" və ya bənzər ifadələr, Osmanlı sarayında və ya hərbi şurada Ağqoyunlu təhlükəsinin neytrallaşdırılması, Uzun Həsənin hərbi gücünün qırılması mənasına gələn bir siyasi mesaj kimi işlədilir.

Birinci əslində bu cümlə Ağ-Qoyon olmalıdır.

Oğuzlar, uyğurlar və qara-çin (xitay, katai) türk boyları arasında “Qoyon” sözü – “böyük və hörmətli” mənasındadır. Bu dövləti türk mənbələrində Bayındırlu, farsca əsərlərdə isə Bayındıriyyə adlanır. Bayandur tayfasının damğasını dövlətlərinin rəsmi nişanı kimi qəbul etdilər. Belə ki, Bayandur damğası dövlətin sikkələrində, rəsmi sənədlərdə, silahlarda və bayraqlarda öz əksini tapıb.

Bayandur dövlətinə 39 türk boyu daxil idi ki, bura əfşarlar, qaramanlar və şairlərin adını çəkmək olar. XVII əsr tarixçisi Əbu-l-Qazi qeyd edir ki, Bayandır tayfası 24 qədim türkman tayfasından biri - Oğuz xanın birbaşa nəslindəndir.

Və Osmanlı sultanı məktubunda həqarət mənasında Həsən Padşaha "Hasan draz" kimi müraciət edir və bu da bir Türk rəhbərinə qarşı təhqir idi.

Lakin onun səyləri heç bir nəticə vermədi. II Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o yürüşə çıxıb Trabzonu ələ keçirmək niyyətində idi və qısa zamana bu şəhər onun nəzarəti altına keçdi. /bakupost.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 İyul 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri