Türk ulduza 80 milyonluq təklif Rekord yenilənə bilər
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yuventus"un futbolçusu Kənan Yıldız üçün maraqlı iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, İngiltərə klubu futbolçunu transfer etməyə çalışır. "La Gazzetta dello Sport"un xəbərinə görə, “Aston Villa” Kənan Yıldız üçün 80 milyon avro təklif irəli sürüb. Bildirilir ki, transfer bu məbləğə reallaşarsa türk futbolçular arasında rekord olacaq. Hazırki rekord Arda Turana məxsusdur. Hazırda “Eyüpspor”u çalışdıran Arda Turan 2015-16 mövsümündə 34 milyon avroya “Atletiko Madrid”dən “Barselona”ya transfer olunub.
Almaniyada doğulan və son iki mövsüm “Bavariya”nın aşağı yaş qruplarında forma geyinən Kənan Yıldız, ardınca “Yuventus” transfer olub. Əsas komandaya yüksələn futbolçu Torino təmsilçisi ilə bu mövsümün əvvəlində 5 illik müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Dekabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















