Türk ulduza fantastik təklif Klubu getməyə razı oldu
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Hücum xəttinə futbolçu transfer etmək istəyən "Liverpul" "Yuventus"un futbolçusu Kənan Yıldız üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçu üçün fantastik büdcə ayırıb. “Calcio Mercato”nun məlumatına görə, “Liverpul” mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahla hələ razılığa gələ bilməyib. “Liverpul” Salahı Kənan Yıldızın əvəz edə biləcəyini hesab edir. Bildirilir ki, İngiltərə klubu Kənan Yıldızı üçün “Yuventus”a 80 milyon avro irəli sürüb. Həmçinin, "The Mirror"un məlumatına görə, "Liverpul" müqaviləsi başa çatacaq Məhəmməd Salahla yeni müqavilə imzalamaq ərəfəsindədir. Bununla belə, “Liverpul” Kənan Yıldızı transfer edə bilər.
Qeyd edək ki, bundan əvvəl, "Yuventus"un Kənan Yıldızı böyük məbləğə satmağa razı olduğu, qərarı futbolçunun özünə buraxdığı iddia edilmişdi. Kənan Yıldızın isə "Yuventus”da qalmağa üstünlük verdiyi deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















