Türkan Gündüzü öldürən əri baldızına 15 min ödəyəcək Yəni qərar!
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri Muhammet Gündüz mərhumun ailəsinə maddi təzminat ödəyəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş şikayətə əsasən belə qərar çıxarıb.
Türkan Gündüzün hüquqi varisi onun bacısıdır. O, məhkəmədə nümayəndəsi ilə iştirak edib.
Apellyasiya şikayətində Muhammet Gündüzə verilmiş 17 illik həbs cəzasının ömürlük cəza ilə əvəz olunması və maddi-mənəvi ziyana görə ümumilikdə 170 min manat təzminat tələb olunub. Mülki iddiada göstərilib ki, ailə dəfn xərcləri, yas mərasimləri, uşaqların yerləşdirilməsi və təhsili, eləcə də istintaq və məhkəmə proseslərində iştirak üçün ümumilikdə 70 min manat maddi ziyan çəkib. Bundan əlavə, 100 min manat məbləğində mənəvi ziyanın ödənilməsi istənilib.
Məhkəmə apellyasiya şikayətini mülki iddia hissəsində qismən təmin edib. Muhammet Gündüzün mərhumun bacısının-hüquqi varisin xeyrinə 15 min 70 manat ödəməsinə qərar verilib.
Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin cəza müddəti ilə bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Muhammet Gündüzə əvvəl verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Sail Ağasəlim

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 İyul 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















