Türkan Şoraydan illər sonra etiraf: “Onlar mənimlə işləmək istəmədi”
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk kinosunun sultanı Türkan Şoray ilk dəfə olaraq “Geri dönüş” adlı rejissorluq debütündə kişilərin üstünlük təşkil etdiyi film sənayesində qərəzləri və üzləşdiyi çətinlikləri açıqlayıb.
Adalet.az xəbər verir ki, Türkan Şoray 1972-ci ildə çəkilən “Geri dönüş” filmi ilə bağlı “Kreaktivist” jurnalına müsahibə verib.
Şoray bildirib ki, kişilərin dominant olduğu film sənayesində rejissorluq etməyə cəhd edərkən bəzi həmkarlarının təziqinə məruz qalıb. O, aktyor Fikrət Hakanın “Qadın rejissorla işləməyəcəyəm” dediyini, rejissor Memduh Ünün isə “O, rejissorluq edə bilməz” şərhini açıqlayıb.
Aktrisa Kadir İnanırın təklifi qəbul etdiyini və ilk səhnədə onunla işləməyə razı olduğunu bildirib: "İlk səhnə Kadir İnanıra aid idi və birtəhər razılaşdı. O zamanlar daha yeni idi, o qədər də məşhur deyildi”. Bütün bu təzyiqlərə baxmayaraq Şoray təslim olmadığını vurğulayıb:“Kişilərin müqavimətinə baxmayaraq, rejissorluğu bacaracağımı dedim və etdim”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















