Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Türkan Vəlizadə həmkarı Rəqsanə İsmayılovanın mahnı məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişində qonaq olarkən Rəqsanə xanıma böyük hörmət bəslədiyini deyib. O, illər əvvəl bağlandığını düşündüyü məsələnin yenidən gündəmə gətirilməsini anlamadığını bildirib.
Türkan qeyd edib ki, Rəqsanənin mahnısını popuri şəklində hazırlayaraq "YouTube" platformasında yayımlayıb və bunun üçün bəstəkar Hikmət Aslanovdan icazə alıb. Müğənninin sözlərinə görə, Aysun Rəqsanənin əlaqə nömrəsini əldə edərək onunla danışıb və mahnını ifa etməsinə razılıq verildiyini bildirib.
"Halallıq məsələsinə gəlincə, bu günə qədər heç kimin mahnısını icazəsiz oxumamışam. Mən heç vaxt o tərbiyəsizliyi etmərəm", - deyə Türkan vurğulayıb.
O, öz mahnılarının da başqa sənətçilər tərəfindən popurilərdə ifa edildiyini xatırladıb. Bəzi sənətkarların isə mahnılarının icazəsiz belə səsləndirilməsinə etiraz etmədiklərini söyləyib.
Türkan Vəlizadənin açıqlaması şou-biznesdə mahnı hüquqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















