Türkanda ağır qəza: Xəsarət alanlar var ANBAAN GÖRÜNTÜLƏR
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda, Xəzər rayonunun Türkan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün qəsəbə ərazisində qeydə alınıb.
Dönmə əməliyyatını düzgün etməyən sürücü digər nəqliyyat vasitəsinin qarşısına çıxıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə ötən gün saat 13:30-da Türkan qəsəbəsində qeydə alınıb.
"Qəsəbə ərazisində hərəkətdə olan 10-SB- 970 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə 23-BG-512 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil toqquşub.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə üç nəfər, VAZ-2106-nın sürücü və iki sərnişini xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















