Icma.az
close
up
RU
Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? Rəsmi cavab

Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? Rəsmi cavab

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri, Türkiyə vətəndaşı Muhammet Gündüz ölkəsinə verilməsini istəyir.

Mərhumun anası Sevda Hacıyeva bu iddia ilə “Qafqazinfo”ya müraciət edib.

Ananın sözlərinə görə, keçmiş kürəkəni cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün artıq lazım olan sənədləri toplamağa başlayıb. Qadın bu haqda güvəndiyi mənbələrdən məlumatlar aldığını deyir: “O insan mənim qızımı çoxsaylı bıçaq zərbələri ilə amansızlıqla öldürüb və buna görə 17 il azadlıqdan məhrum edilib. Amma indi eşidirik ki, Azərbaycan həbsxanasında qalmaq istəmir. Artıq ölkəsinə təhvil verilməsi üçün işə başlayıb. Məqsədi də Türkiyəyə gedib oradan öz adamları vasitəsilə həbsdən qurtulmaqdır. Hətta özü də bunu dilə gətirir, vəzifəli tanışlarının köməyi ilə pul verib azad ediləcəyi barədə ismarışlar göndərir. Ola bilər ki, dediklərimizi iddia kimi qəbul edəsiniz, amma bizə bu məlumatı verən çox ciddi adamdır. Düşünürük ki, bu məsələ indi üzə çıxmasa, sonra gec ola bilər. Çıxıb gedəndən sonra neyləyəcəyik ki? Ona görə indidən qabaqlayıcı tədbirlər görülməsini istəyirəm. Mən qızımın qanının yerdə qalmasını istəmirəm”.

Türkan Gündüzün ailəsi hazırda M.Gündüzün Türkiyəyə verilmə məsələsinin reallaşa biləcəyindən narahatdır. Mərhumun hüquqi varisi olan ana eyni zamanda aidiyyəti qurumlara müraciət edərək qızını qətlə yetirənin cəzasını sona qədər ölkəmizdə çəkməsinə nəzarət edilməsini xahiş edir.

Müraciətlə əlaqədar Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Türkiyə Respublikası ilə məhkumların verilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası çərçivəsində həyata keçirilir: “Konvensiyaya əsasən, məhkumun verilməsi barədə qərar yalnız onun haqqında hökm qüvvəyə mindikdən sonra məhkum olunmuş şəxsin müraciəti əsasında sənədlərin müəyyən dövlətdaxili prosedurlardan keçirilməsindən sonra verilir”.

Qeyd edək ki, cinayət hadisəsi 2023-cü ilin yazında baş verib. Türkiyə vətəndaşı Muhammet Gündüz arvadının qətlinə görə bu ilin əvvəlində 17 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş tərəf hazırda cəzanın ağırlaşdırılması üçün kassasiya şikayəti verib. Hələ ki, Ali Məhkəmə işə baxmayıb.

Sail Ağasəlim


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri