“Turkish Airlines aviaşirkətinin təyyarəsi Rumıniyada dronla üzləşib?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
28 sentyabrda mülki təyinatlı pilotsuz uçuş aparatının uçuş-enmə zolağı yaxınlığında peyda olması Buxarestdəki Henri Koanda Beynəlxalq Hava Limanının fəaliyyətini pozub.
Bizim.Media xəbər verir ki, bu barədə Buxarest Hava Limanlarının Milli Şirkəti məlumat yayıb.
Kiçik mülki dron barədə dispetçerlər "Turkish Airlines" aviaşirkətinə məxsus Airbus A330 təyyarəsinin ekipajından xəbər tutublar. Təyyarə həmin vaxt enişə hazırlaşırmış.
Hadisəyə cavab olaraq ehtiyat tədbirləri görülüb: təyyarələrin qəbulu təxminən 40 dəqiqəlik dayandırılıb, bir neçə hava gəmisini təhlükəsiz zonalara köçürüblər, doqquz təyyarə isə başqa uçuş-enmə zolağına yönləndirilib.
Rumıniya hakimiyyəti hazırda dronun operatorunu axtarmaqla məşğuldur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















