Icma.az
close
up
RU
Türkiyə 2024cü ilin 3cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

Türkiyə 2024cü ilin 3cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Türkiyə 2024-cü ilin ilk doqquz ayında 49.2 milyon ziyarətçini qəbul edib və 46.9 milyard ABŞ dolları turizm gəliri toplayıb. Türkiyənin ziyarətçi sayında illik artım 9%, gəlirlər isə 7% artıb. Türkiyə  bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda keçirilən mətbuat konfransında 2024-cü ilin 3-cü rübündəki turizm nəticələrini açıqlayıb. Mədəniyyət və Turizm Nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçi sayının illik 9% artaraq 49.2 milyon nəfərə çatdığını bildirib.

Eyni dövrdə Türkiyənin turizm gəlirləri 7% artaraq 46.9 milyard ABŞ dollarına yüksəlib. Turistlərin  gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub.“İlk 9 ayda əldə etdiyimiz nəticələr, Türkiyə Cümhuriyyətinin tarixində ən yüksək nəticələrdir, buna görə də, il sonu hədəfimizi 61 milyon turistə qədər artırırıq” – deyə Mehmet Nuri Ersoy qeyd edib.

Türkiyənin ən böyük metropolisi İstanbul, 2024-cü ilin ilk doqquz ayında 14 milyondan çox turist qəbul edib. 7% artım əldə edən İstanbulun ən iri turistik mərkəzləri, tarixi yarımada, Taksim, Karaköy bölgələri və şəhərin Avropa və Asiya tərəflərindəki Boğaz xətti, Amerika, Avropa, Afrika, Avstraliya və Asiya qitələrindən olan ziyarətçiləri qonaqlayıb. “Türkiyənin turizm paytaxtı” olaraq tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçini qəbul edərək, şərqi Aralıq dənizindəki liderliyini qoruyub saxlayıb.

Türkiyənin ən böyük bazarları davamlı artım göstərdi

Türkiyə ən çox  Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib.  Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək.

2024-cü ilin yanvar-sentyabr ayları arasında 5.5 milyon Rusiyalı turist  istirahət üçün Türkiyəni seçib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə  6% artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib və bu da  keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Həmçinin Türkiyəyə  ən çox üçüncü turist göndərən  Böyük Britaniyadır. Bu isə  keçən ilin müvafiq dövrü ilə müqayisədə isə Böyük Britaniyadan gələn turistlərin sayında  17% artım olub.

İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib. Türkiyə, Çində də əhəmiyyətli bir artım əldə edərək, 312,000-dən çox ziyarətçini qəbul edib ki, bu da keçən illə müqayisədə 84% artım deməkdir. Türkiyəyə gələn ziyarətçilər, ölkənin zəngin mədəni və tarixi irsini, ləzzətli mətbəxini, şəhər təcrübələrini və gözəl mənzərələrini kəşf ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see214

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see169

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see164

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see162

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see125

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri